SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Hörmətsiz şahmat, yoxsa şahmata qarşı hörmətsizlik! (YAZI)

Eldar Mirzəliyev (şahmat həvəskarı)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev :"İdman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusi qeyd etmək istərdim. Çünki bu, onu göstərir ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir"
  Şahmatla tanışlığım uşaq yaşlarımdan olsa da professional şahmatla qızlarım LeylaFatimənin sayəsində tanış oldum.
  Təbii ki, ilk öncə hər şey kənardan mükəmməl görsənir, çətinliklər görünmür. Dərinə getdikcə problemlər, çatışmazlıqlar, ən əsası da məsuliyyətsizliklərə rast gəlinir.
  Şahmat dünyanın ən elit idman növlərindən biridir. Futbol qədər olmasa da yetərincə azərkeşə və həvəskar oyunçulara sahibdir. Hətta idmanın digər növləri məşğul olan idmançıların bir çoxu şahmat da oynayırlar.
Bu gün bütün dünyada şahmata böyük maraq və dəstək olduğu halda respublikamızda bu idman növü heç ikinci planda da deyil. İndi yazacaqlar ki, bəs bu üzdə olan şahmatçılara nə sözün? Yaxşl, bəs bu şahmatçıların davamçıları olmamalıdır, yoxsa gələcək nəsil şahmatçı yetişməməlidir? Bu gün Azərbaycanda valideynlərinin yaxşı maliyyə imkanı olmayan uşaq gələcəyin yaxşı şahmatçısı ola bilməyəcək! Məşqçi və valideyn  müəyyən dövr əlindən gələnin artığını edir. Lakin bir müddət sonra məsuliyyətsiz aidiyyəti qurumların üzündən qabiliyyətli idmançılar batır.
Cənab Prezident İlham Əliyev tərəfindən bütün idman növlərinə xüsusi dövlət qayğısının göstərilməsi tapşırılsa da şahmat bu qayğıdan kənarda qalmaqdadır. Bunu isə görməmək mümkün deyil! Bəli aidiyyəti qurumlarda öz işinin ustası, şahmatın və şahmatçıların inkişafı üçün addımlar atan, yeniliklər etmək istəyən məsuliyyətli əməkdaşlar var. Lakin onlar tək başına işləmək istəməyən məsuliyyətsiz "kadr"ların öhdəsindən gələ bilmir.
Şahmat və şahmatçıların inkişafına sədd qoyan yüzlərlə problem sadlamaq olar. Bunu hamı görür və bilir. İndi də pandemiya əllərinə bəhanə kimi düşüb.
Düzdür, pandemiya bütün dünyanı iflic vəziyyətinə saldı. Bu qalçılmaz bəladan bütün sahələrə pay düşdü. Artıq bir müddətdir ki, yumuşalmalara gedilsə də, bütün idman növləri üzrə həm məşq zalları açılsa da, aidiyyəti qurumlar tərəfindən müxtəlif növ yarışlar baş tutsa da şahmat yarışları keçirilmir. Yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şahmat məktəbləri fəaliyyət göstərir və sahibkarlıq məqsədi ilə yarışlar keçirilir. Yəqin ki, sahibkarların virusla xüsusi müqaviləsi var.
Zaqatalada keçiriləcək Şahmat Olimpiadasının ləğvi isə baş tutan digər idman turnirlərinin fonunda çox gülməli görsəndi!
Bir sözlə hər kəs nə demək istədiyimi anladı!
Aidiyyəti qurumlar heç olmasa şahmatın inkişafı naminə görülən işlər barədə örnək götürmək üçün qardaş ölkə Türkiyəyə, utanmaq üçün isə düşmənimiz Ermənistana baxsın!
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss