SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Hindistan və Serbiya şahmatçılarının triumfu. Sadiq Qarayev 4-cü, Ülvi Sadıqov isə 5-ci oldular

Serbiyada "Silver Lake 2021" beynəlxalq şahmat festivalı başa çatdı. 

Chess.az xəbər verir ki, festivalda Azərbaycanı altı şahmatçı təmsil edib. Onlardan üçü "A" qrupunda, üçü isə "B" qrupunda mübarizə aparıblar. "A" qrupunda mübarizə aparan şahmatçılar arasında yalnız qrossmeysterimiz Ülvi Sadqıovun çıxışını qənaətbəxş qiymətləndirmək olar. Ülvi kifayət qədər güclü şahmatçıların çıxış etdiyi turniri beşinci pillədə bitirməyi bacardı. Festivalın əsas yarışında mübarizə aparan digər şahmatçılarımız Pərviz Qasımov 40-cı, Toğrul Həsənzadə isə 76-cı oldular. 
"B" qrupunda mübarizə aparan şahmatçılarımız isə, daha uğurlu çıxış ediblər. Belə ki, gənc Sadiq Qarayev yekun sıralamada 4-cü, Nəsrin Babayeva 18-ci, Nazlı Hümbətova isə 31-ci oldular. 
Qaliblərə gəlincə, festival HindistanSerbiya şahmatçılarının triumfu ilə nəticələndi. "A" qrupunda hindistanlı Nihal Sarin 1-ci yeri , onun həmyerlisi Raunak Sadxavani 2-ci, daha bir Hindistan təmsilçisi Abximanyu Puranik  3-cü olublar.
"B" qrupunda da bütün mükafatçılar eyni ölkədən olublar.Serbiyalı Aleksa Alimpiç turnirin qalibi, onun həmyerliləri Aleksandr Arandjeloviç Miodraq Yevtiç isə, müvafiq olaraq ikinci və üçüncü yerləri tutblar.     скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss