SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE reytinq cədvəlini açıqladı. Şəhriyar və Günay irəliləyiblər

FİDE iyul ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 

Chess.az xəbər verir ki, bu ay "Grand Chess Tour" seriyasının mərhələ yarışının qalibi olan Şəhriyar Məmmədyarov reytinq cədvəlində yüksələrək, hal-hazırda erməni Levon Aronyanla 5-6-cı yerləri bölüşür. Ay ərzində heç bir rəsmi oyun keçirməyən Teymur Rəcəbov isə, əvvəlki kimi reytinq sıralamasının 10-cu pilləsində qərarlaşıb. 
Reytinq cədvəlinə isə, əvvəlki kimi dünya şahmatının son illərin dəyişməz lideri olan norveçlı Maqnus Karlsen başçılıq edir. 

Qadınların sıralamasında isə, Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəyə Günay Məmmədzadə malikdir. Günay hal-hazırda 2460 ELO xalı ilə dünyada 25-cidir. İlk yüzlükə daxil olan digər şahmatçılarımızdan  Gülnar Məmmədova 2385 xalla 77-ci, Xanım Balacayeva isə 2376 xalla 91-cidirlər.  

TOP 10:
 1.Maqnus Karlsen (Norveç)  2847
 2.Fabiano Karuana (ABŞ) 2806
 3.Dinq Liren (Çin) 2799
 4.Yan Nepomnyaşiy (Rusiya) 2792
 5.Levon Aronyan (ABŞ-Ermənistan) 2782

 6.Şəhriyar Məmmədyarov (Azərbaycan) 2782
 6.Aleksandr Qruşyuk (Rusiya) 2778
 7.Aniş Giri (Niderland) 2776 
 9. Vesli So (ABŞ)  2772
10.Teymur Rəcəbov (Azərbaycan) 2763


TOP 100-də Azərbaycan şahmatçıları (kişilər):
 6. Şəhriyar Məmmədyarov (Azərbaycan) 2782
10.Teymur Rəcəbov (Azərbaycan) 2763
72.Qədir Hüseynov (Azərbaycan) 2665
84.Nicat Abasov (Azərbaycan) 2656
87.Rauf Məmmədov (Azərbaycan) 2654 


TOP 100-də Azərbaycan şahmatçıları (qadınlar):
25.Günay Məmmədzadə (Azərbaycan) 2460
77.Gülnar Məmmədova (Azərbaycan) 2385
91.Xanım Balacayeva (Azərbaycan) 2376


TOP 100 (KİŞİLƏR)
TOP 100 (QADINLAR)
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss