SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Kolumbiyanın səfiri Azərbaycan Şahmat Federasiyasını ziyarət edib

İyunun 29-da Azərbaycan Şahmat Federasiyasının mənzil-qərargahında, federasiya rəhbərliyi ilə Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas arasında görüş keçirilmişdir. 
  Federasiyanın rəsmi saytının verdiyi məlumata görə, görüşdə Azərbaycan Şahmat Federasiyası tərəfindən vitse-prezidentlər Faiq HəsənovMahir Məmmədov iştirak etmişdilər. Səfirin təşəbbüsü ilə keçirilən görüşdə, hər iki ölkənin şahmat ictimaiyyəti arasında əlaqələrin yaradılması və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuş və hər iki tərəf belə əməkdaşlığın faydalı olacağını vurğulamışdır. Görüşdə cənab səfirə ölkəmizdə keçirilən tədbirlər və şahmatçılarımızın Dünya miqyasında qazandığı uğurlar barəsində də məlumat çatdırılmışdır.  Sonda xatirə şəkilləri çəkilmişdir.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss