SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Serbia Chess Open 2021": Şahmatçılarımız uğurla irəliləyirlər (CANLI)

Serbiyanın paytaxtı Belqrad şəhərində 1-ci Beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri davam edir.
CANLI
Chess.az xəbər verir ki, ilk dəfə keçirilməsinə baxmayaraq şahmatçılar tərəfindən böyük marağına səbəb olan turnirdə kifayət qədər güclü heyyət toplaşıb.  Təsadüfi deyil ki, "Serbia Chess Open 2021"-də 41 ölkədən 400-dən artıq şahmatçı iştirak edir. Onların arasında rusiyalı Vladimir Fedoseyev, ukraynalı Yuriy Kuzyubov, argentinalı Alan Pişot, Hindistan təmsilçisi Nihal Sarin kimi güclü və tanınmış şahmatçılar da iştirak edir.  Ümumi mükafat fondu 25 000 avro olan yarış, iki qrup üzrə keçirilir, "Masters""Amateurs". Serbiyada Azərbaycan geniş tərkibdə təmsil olunur. Belqradda ölkəmizi  17 şahmatçı təmsil edir. Bunlar: "Masters" : Eltac Səfərli (2598), Vüqar Əsədli (2572), Aydın Süleymanlı (2560), Misrətdin İsgəndərov (2535), Ülvi Sadıqov (2490), 

Məhəmməd Muradlı (2449), Əhməd Əhmədzadə (2431), Xəzər Babazadə (2409), Pərviz Qasıımov (2341), Read Səmədov (2332), Toğrul Həsənzadə (2317), Gövhər Beydullayeva (2263).
"Amateurs": Sadiq Qarayev (1805), Nəsrin Babayeva (1704), Nazlı Hümbətova (1381), Ramazan Şərifov (1198).  
Keçirlmiş dörd turdan sonra təmsilçilərimizin arasında ən yaxşı nəticəyə Vüqar ƏsədliMisrətdin İsgəndərov malikdrilər. Hər iki şahmatçımız 3.5 xalla hal-hazırda 4-22-ci yerləri bölüşürlər. Aktivlərində 3 xalları olan Eltac Səfərli, Ülvi Sadqıqov, Xəzər Babazadə, Aydın Süleymanlı  Əhməd Əhmədzadənin də çıxşlarını uğurlu qiymətləndirmək olar.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss