SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

12 yaşlı Mişra ilə Nepomnyaşiy arasında gərginlik (QALMAQAL)

Bugünlərdə sosial şəbəkələrdə 12 yaşında qrossmeyster adının qazanmaqla dünya rekordçusu olmuş ABŞ şahmatçı Abximanyu Mişra ilə, dekabrda şahmat tacı uğrunda final matçında Maqnus Karlsenə rəqibi olmuş rusiyalı Yan Nepomnyaşiy arasında qalmaqal yaşanıb. 

Hər şey rusiyalı şahmatçı Yan Nepomnyaşiyin öz Tvitter hesabından Mişranın bu uğurunu müzakirəyə çıxarmaqdan başlayıb. Açıq şəkildə Mişranın bu rekorduna şübhə ilə yanaşan Yan bunları deyib: "Bu rekord xəbəri məni sarsıtdı. Məhz buna görə də titulların əldə olnması qaydalarına bəzi dəyişiliklər təklif etmək istərdim. Məsələn, qrossmeyster normalarından heç olmasa biri açıq turnirlərdə əldə edilməlidir. İndiki kimi 2400-lük qrossmeysterlərin toplaşdığı şablon turnirlərdən yox"
Nepomnyaşiyin bu şərhinə Mişra ailəsi də səssiz qalmadı. Sonradan məlum olduğu kimi, 12 yaşlı Mişranın razılığını alan onun atası, oğlunun hesabından Nepomnyaşiyə belə cavab verdi :"Təşəkkür edirəm. Mən bir pozitiv gənc kimi, dünya çempionu adı uğrunda mübarizə aparacaq bir şahmatçının sarsılmasına səbəb olduğumu kopmliment kimi qəbul etməyə bilmərəm. Əslində isə, bu kimi təklifləri siz özünüz qrossmeyster normalarını dolduranda etsəydiz daha yaxşı olardı". Şahmatçıların bu söz atışmalarına bir neçə tanınmış sima da qoşulmuşur. Daha sonra FİDE rəsmisi Emil Sutovskiy məsələyə münasibət bildirməklə tərəfləri sakitləşdirdi :"Mişranın nailiyyətləri və şahmata olan bağlılığı hörmətə layıqdir. Amma onun adından yazan şəxsin çox böyük neqativ emosiyaları var. Bu uşağın inkişafına pis təsir göstərə bilər və mən bunu istəmirəm".  
Xatırladaq ki, ötən ay Macarıstanın paytaxtı Budapeştdə keçirlmiş bir neçə qrossmeysteer normalı yarışların nəticələrin uyğun olaraq, 12 yaş, 4 ay, 25 günlük olan Mişra 19 ildir rus Sergey Karyakinin müəyyənləşdirdiyi rekordu (12 yaş, 7 ay) qırdı və indi planetin ən gənc qrossmeysteri kimi rekorda sahibdir. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss