SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE Nepomnyaşiyin təklifini nəzərə aldı

Dünən sizə yenicə qrossmeyster olan 12 yaşlı ABŞ-lı Abximanyu Mişra ilə, rusiyalı Yan Nepomnyaşiy arasında yaşanmış qalmaqal haqqında məlumt vermişdik. 

Bu qalmaqaldan çox keçmədən FİDE əməlli başlı hərəkətə keçdi. FİDE rusiyalı şahmatçı Yan Nepomnyaşiyin təklifini müzakirə etmək qərarına gəlib. Belə ki, Ali şahmat qurumu iyulun 19-na reytinq hesablanmasını, iyulun 21-də isə, titulların verilməsi və normaların yeni qaydalarını onlayn konfransda müzakirə etmək qərarın gəlib. 
Xatırladaq ki, bugünlərdə rusiyalı şahmatçı Yan Nepomnyaşiy öz Tvitter hesabından Mişranın yeni rekordçu olmasını (ən gənc qrossmeyster) tənqid etmişdir: "Bu rekord xəbəri məni sarsıtdı. Məhz buna görə də titulların əldə olnması qaydalarına bəzi dəyişiliklər təklif etmək istərdim. Məsələn, qrossmeyster normalarından heç olmasa biri açıq turnirlərdə əldə edilməlidir. İndiki kimi 2400-lük qrossmeysterlərin toplaşdığı şablon turnirlərdən yox"
Qeyd edək ki, Mişra ötən ay Macarıstanın paytaxtı Budapeştdə keçirlmiş bir neçə qrossmeyster normalı turnirlərin nəticələrinə uyğun olaraq, 12 yaş, 4 ay, 25 günündə 19 ildir rus Sergey Karyakinin müəyyənləşdirdiyi rekordu (12 yaş, 7 ay) qırdı və planetin ən gənc qrossmeysteri kimi rekorda imza atdı. Onu da qeyd edək ki, bu tipli turnirlər Budapeştdə uzun illərdir keçirilir. Dünyanın 2 nömrəli şahmatçısı Fabiano Karuana və bir neçə tanınmış şahmatçı da öz qrossmeyster normasının məhz Budapeşt turnirində əldə etmişdirlər.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss