SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Croatia Grand Chess Tour": Şəhriyar liderlər qrupunda (CANLI)

Dünən Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsi start götürdü. 
CANLI
Chess.az xəbər verir ki, iyul 11-dək davam edəcək "Croatia Grand Chess Tour" adlı turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir. Rapid Blitz yarışlarından ibarət olacaq mərhələnin ilk oyun günündə Şəhriyar bütün nəticələrin dadına baxdı. İlk turda Məmmədyarov Maksim Vaşye-Laqrafı məğlub edib, ikinci turda Məmmədyarov rusiyalı Yan Nepomnyaşiyə özü məğlub oldu, günün son qarşılaşmasında isə Şəhriyar ukraynalı Anton Korobovla heç-heçə edib. Şahmatçımızın göstərdiyi nəticələrdən sonra təmsilçimiz turnir cədvəlinin 2-8-cı pillələrini bölüşür. Bu gün keçiriləcək daha üç qarşılaşmada Məmmədyarovun rəqibləri eks-dünya çempionu hindistanlı Vişvanatan Anand, rusiyalı Aleksandr Qrişyuk və polyak Yan-Kşıştof Duda olacaqlar. Oyunlar Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.   
Zaqrebdəki turnirdə Şəhriyar Məmmədyarovdan başqa, fransız Maksim Vaşye-Laqraf, Niderland təmsilçiləri Aniş Giri  Yorden Van Forrest, rusiyalılar Yan Nepomnyaşiy Aleksandr Qrişyuk, ukraynalı Anton Korobov, polyak Yan-Kşıştof Duda, meydan sahibi, xorvatiyalı İvan Sariç və xüsusi qonaq qismində turnirə dəvət olunan iki eks-dünya çempionu, hindistanlı Vişvanatan Anand  Rusiyanı təmsil edən əslən bakılı Hari Kasparovdur. 
Qeyd edək ki, turnir çərçivəsində baş tutacaq Məmmədyarov-Kasparov qarşılaşması hər iki şahmatçı üçün karyeralarında bir-birilərinə qarşı oynadığı ilk oyun olacaq. Kasparov Rapid yarışında iştirak etməyəcək və qüvvəsini yalnız Blitz turnirində sınayacaq.  
Bu gün başlayacaq Rapid turnirində Məmmədyarov üç oyun keçirəcək. Şəhriyarın rəqibləri fransız Maksim Vaşye-Laqraf, rusiyalı Yan Nepomnyaşiy və ukraynalı Anton Korobov olacaqlar. Xatıraldaq ki, Şəhriyar seriyanın birinci mərhələsi olmuş "Superbet Chess Classic Romania"-ın qalibi olmuşdur.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss