SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Serbia Chess Open 2021": Son tur (CANLI)

Serbiyanın paytaxtı Belqrad şəhərində 1-ci Beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri sona yaxınlaşır.
CANLI
Chess.az xəbər verir ki, bu dəqiqələrdə 41 ölkədən 400-dən artıq şahmatçının qatıldığı turnirin sonuncu turun oyunlarına start verildi. "Serbia Chess Open 2021"-də iştirak edən 17 azərbaycanlı şahmatçıdan hal-hazırda heç biri liderlər qrupunda yer almasa da, ümumilikdə şahmatçılarımızın çıxışını qənaətbəxş hesab etmək olar. Belə ki, "Masters" turnirində keçirlmiş səkkiz turdan sonra, aktivlərində 6 xalları olan  Eltac Səfərli, Ülvi Sadqıqov, Misrətdin İsgəndərov Məhəmməd Muradlı turnir cədvəlinin 5-21-ci yerlərini bölüşürlər. Vüqar Əsədli  Pərviz Qasımov 5.5 xalla 22-40-cı yerləri, Aydın Süleymanlı, Əhməd Əhmədzadə  Xəzər Babazadə isə 73-124-ci yerləri bölüşürlər.  
"Amateurs" yarışında isə təmsilçilərimizi arasında ən yaxşı nəticəyə gənc Sadiq Qarayev mailikdir. Sadiq 8 turdan sonra 6 xalla 11-ci pillədə qərarlaşıb.  Serbiyada Azərbaycan geniş tərkibdə təmsil olunur.
Xatırladaq ki, Belqradda ölkəmizi  17 şahmatçı təmsil edir. Bunlar: "Masters" : Eltac Səfərli (2598), Vüqar Əsədli (2572), Aydın Süleymanlı (2560), Misrətdin İsgəndərov (2535), Ülvi Sadıqov (2490), 
Məhəmməd Muradlı (2449), Əhməd Əhmədzadə (2431), Xəzər Babazadə (2409), Pərviz Qasıımov (2341), Read Səmədov (2332), Toğrul Həsənzadə (2317), Gövhər Beydullayeva (2263).
"Amateurs": Sadiq Qarayev (1805), Nəsrin Babayeva (1704), Nazlı Hümbətova (1381), Ramazan Şərifov (1198).  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss