SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Serbia Chess Open 2021": ən yaxşı nəticəni Ülvi və Misrətdin göstərdilər

Serbiyanın paytaxtı Belqrad şəhərində 1-ci Beynəlxalq "Serbia Chess Open 2021" şahmat turniri başa çatdı.
Chess.az xəbər verir ki, "Masters" yarışının qalibi 7.5 xalla Hindistan təmsilçisi Nihal Sarin oldu. "Serbia Chess Open 2021"-də iştirak edən 17 azərbaycanlı şahmatçıya gəlincə, onların bir çoxunun çıxışını kifayət qədər qənaətbəxş hesab etmək olar. 

Belə ki, qrossmeysterlərimiz Ulvi SadıqovMisrətdin İsgəndərov 7 xal toplayaraq 2-10-cu yerləri bölüşdülər. Onlar yalnız əlavə göstəricilərə görə mükafatçılar sırasına düşə bilmədilər və müvafiq olaraq 6 və 8-ci yerlərin sahibi oldular. Bu arada Misrətdinin son turda qara fiqurlarla güclü erməni şahmatçı Robert Hovanesyan (2632) üzərində parlaq qələbəsini qeyd etmək olar. 6.5 xal toplayan Eltac SəfərliVüqar Əsədli  yekun sıralamada 13 və 14-cü yerləri tutublar. 6 xal toplayan Əhməd Əhmədzadə 32-ci, Əhmədlə eyni xala malik olan Məhəmməd Muradlı isə 39-cu oldu. 5.5 xalla Pərviz Qasımov, Aydın Süleymanlı Xəzər Babazadə müvafiq olaraq 48, 49 və 57-ci olublar. 5 xal toplayan Gövhər Beydullayeva isə 95-ci,  4.5 xal toplayan gənc Read Səmədov isə, 119-cu oldu. "Masters" turnirindəki təmsilçilərimiz arasında ən pis nəticəni isə, Toğrul Həsənzadə göstərib. 3 xal toplayan Toğrul, 287-ci şahmatçının qatıldığı yarışda 240-cı oldu. 
"Amateurs" yarışında isə təmsilçilərimizin arasında ən yaxşı nəticəni gənc Sadiq Qarayev göstərib. Sadiq son tura qədər mükafatçılar sırasına düşmək üçün iddialı olsa da, 9-cu turda serbiyalı Miroslav Simonoviçdən aldığı məğlubiyyət onu 23-cü pilləyə endirib. Digər şahmatçılarımızdan Nəsrin Babayeva 73-cü, Nazlı Hümbətova 94-cü, Ramazan Şərifov isə 172-ci oldular. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss