SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2021: Şəhriyar və Nicat ermənilərə qarşı! (CANLI YAYIM)

Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kubokunun oyunları davam edir.
CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)

 Chess.az xəbər verir ki, kişilərin yarışında mübarizəni 1/128 final mərhələsindən başlayan Vasif Durarbəyli, növbəti mərhələyə adlaya bildi. Vasif Finlandiya təmsilçisi Dmitrtiy Sklyarovu üstələyərək adını 1/64 final mərhələsinə yazdırmağa bacardı. Vasifin 1/64 final mərhələsindəki rəqibi isə, rusiyalı Aleksandr Predke olacaq. Turnirin birinci mərhələsi başa çatdığından, digər şahmatçılarımızın da növbəti mərhələdəki rəqibləri bəlli oldu. Beləliklə, Şəhriyar Məmmədyarov Braziliyanı təmsil edən erməni əsilli Krikor Sevak Mxitaryanla, Nicat Abbasov isə Ermənistan təmsilçisi Şant Sarqsyanla qarşılaşacaqlar.  
 Qadınların yarışının 1/64 final mərhələsində təmsilçimiz Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdezə, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padminiyə məğlub olaraq, mübarizəni erkən dayandırmalı oldular.  Gülnar Məmmədova isə, estoniyalı Mai Narvanı gərgin mübarizənin sonunda (4.5:3.5) üstələyərək 1/32 final mərhələsinə vəsiqə qazana bildi. Qeyd edək ki, 1/32 final mərhələsindən mübarizəyə digər şahmatçımız Günay Məmmədzadə də qoşulacaq.  Bu mərhələdə Gülnar Məmmədova gürcü Lela Javaxişvilli ilə, Azərbaycanın ən güclü qadın şahmatçısı olan Günay Məmmədzadə isə slovakiyalı Laura Unukla qarşılaşacaqlar. Oyunlar bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss