Ötən həftə qrossmeysterimiz Şəhriyar Məmmədyarovun Xorvatiyada keçirilən turnirdə ardıcıl iki dəfə eks-dünya çempionu Harri Kasparovu yenməsi , Türkiyənin TRT televizyasının diqqət mərkəzinə düşüb və onlar Azərbaycan şahmatı haqqında geniş süjet hazırlayıblar.
Chess.az xəbər verir ki, TRT-nin Bakı təmsilçiliyi TRT AVAZ kanalı üçün Azərbaycan şahmatı haqqında geniş süjet hazırlayıb. Süjetdə Azərbaycan şahmatının tarixinə, inkişaf modelinə və son illər əldə olunan uğurlarına geniş yer verilib. Azərbaycan Şahmat Federasiyasında aparılan çəkilişlərdə, federasiya rəsmisi Fərid Abbasov qardaş ölkənin jurnalistlərinin suallarını cavablandırıb, onlara Azərbaycan şahmatı haqqında geniş məlumat verib.
15-07-2021, 14:19