SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2021: Şahmatçılarımızdan "sülh günü" (CANLI)

Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)

 Chess.az xəbər verir ki, Dünya Kubokunda çıxış edən 5 şahmatçımızın (3-ü kişilərin yarışında, 2-si qadınların yarışında) hamısı qarşılaşmalarını heç-heçə ilə başa vurdular. Kişilərin yarışında 1/64 final mərhələsinin ilk oyunları çərçivəsində Vasif Durarbəyli rusiyalı Aleksandr Predke ilə, Şəhriyar Məmmədyarov Braziliyanı təmsil edən erməni əsilli Krikor Sevak Mxitaryanla, Nicat Abbasov isə Ermənistan təmsilçisi Şant Sarqsyanla keçirdikləri ilk oyunlarını bərabərliklə başa vurdular.  
 Qadınların yarışda isə, dünən 1/32 final mərhələsinə start verilib. Burada da təmsilçilərimizin təmsil olunduğu matçlarda bərabərlik qeydə alınıb. Belə ki, Gülnar Məmmədova gürcü Lela Javaxişvilli ilə, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə slovakiyalı Laura Unukla heç-heçə oynadılar. Bu gün mərhələnin cavab oyunları keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss