SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kubokunda COVİD-19 qalmaqalı

Dünya Kubokunun 1/64 final mərhələsinin Fabiano Karuana (ABŞ)-Susanto Megaranto (İndonesiya) arasında keçirilən ilk oyun 15-ci gedişdə dayandırılıb. 

Chess.az xəbər verir ki, buna səbəb Test Mərkəzində gəlmiş COVİD-19 testlərinin nəticələr olub. Əvvəlcə əldə olunmuş razılaşmaya əsasən Test Mərkəzi yerli vaxtla saat 13:00-a qədər  FİDE-yə nəticələri təqdim etməli idi. Amma həmin gün cavablar yerli vaxtla saat 15:21-də təqdim olunub (oyunlar saat 15:00-da başlayıb). Analizlərin cavabları ilə tanış olan təşkilatçılar orada İndoneziya təmsilçisi Megarantonun Koronavirusa yoluxduğunu aşkar edib və onun Karuana ilə partiyasını 15-ci gedişdə təcili dayandırmalı olublar. Partiyadan sonra Karuana özü də tibbi dizenfeksiyadan keçib və COVİD-19 testini verib. Fabianonun verdiyi testin nəticəsi hələ ki, açıqlanmayıb. Sözügedən qarşılaşmada qələbə isə, ABŞ təmsilçisi Karuanaya verilib. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss