SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2021: Şəhriyar Martirosyana qarşı (CANLI)

Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
CANLI (KİŞİLƏR)
CANLI (QADINLAR)

 Chess.az xəbər verir ki, bu gün kişilərin yarışında 1/32 final mərhələsinin, qadınların turnirində isə 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək. İlk oyunlarda qeydə alınan nəticələr ondan xəbər verir ki, bu gün baş tutacaq cavab qarşılaşmalarda Dünya kubokunda iştirak edən bütün şahmatçılarımızı ağır oyunlar gözləyəcək. Kubokdakı əsas ümidimiz olan Şəhriyar Məmmədyarov dünən gözlənilmədən qara fiqurlarla gənc erməni şahmatçısı Haik Martirosyana məğlub oldu. İndi vəziyyəti düzəldib, cütün taleyini tay-brekə daşımaq üçün Şah bu gün keçiriləcək partiyada mütləq qələbə qazanmalıdır. Kişilərin yarışında digər təmsilçilərimiz Nicat AbbasovVasif Durarbəyli isə, ilk oyunların bərabərliklə başa vurdular. Vasif Çexiya təmsilçisi David Navara ilə, Nicat isə güclü rusiyalı şahmatçı Andrey Yesipenko ilə heç-heçə ediblər.

 Qadınların yarışına gəlincə, Günay Məmmədzadə ilk oyunda iranlı Sarasadat Xademalşareyi ilə, Gülnar Məmmədova isə 2019-cu ildə Avropa çempionu olmuş Almaniya təmsilçisi Elizabet Paetzlə heç-heçə ediblər. 
Oyunlar bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss