SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2021: Şəhriyar Martirosyanı məğlub etdi. Üç şahmatçımız Bakıya qayıdır

Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.

 Chess.az xəbər verir ki, bu dəqiqələrdə kişilərin yarışında 1/32, qadınların turnirində isə 1/16 final mərhələsinin cavab oyunları başa çatdı. Təəsüf ki, bu gün Dünya Kubokunda çıxış edən beş şahmatçımızdan üçü mübarizəni dayandırmalı olublar. Kişilərin yarışında ilk oyunda güclü rusiyalı şahmatçı Andrey Yesipenko ilə heç-heçə edən Nicat Abbasov təəsüf ki, cavab qarşılaşmasında rəqibinə məğlub olaraq Dünya kubokuna vida etdi. Qadınların yarışında isə, Günay Məmmədzadə Gülnar Məmmədova rəqiblərinə məğlub olaraq Bakıya qayıtmalı oldular. 

 Kubokdakı əsas ümidimiz olan Şəhriyar Məmmədyarov dünən gözlənilmədən qara fiqurlarla gənc erməni şahmatçısı Haik Martirosyana məğlub olduqadan sonra, bu gün özünə gəlməyi bacardı və beş saat yarım davam edən gərgin mübarizənin sonunda ermənini təslim olmağa məcbur etdi. Cütün taleyi sabah keçiriləcək tay-brekdə müəyyənləşəcək. Son Azərbaycan çempionu Vasif Durarbəyli isə, güclü Çexiya təmsilçisi David Navaranı məğlub edərək 1/16 final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə Durarbəyli sabah keçiriləcək tay-brekdə özbək Nodirbek Abusattarovla niderlandı Aniş Giri cütünün qalibi ilə qarşılaşacaq. Məmmədyarov isə Martirosyanı üstələcəyi təqdirdə Xorvatiya şahmatçısı Ante Brkiçlə üz-üzə gələcək.     
Tay-brek mərhələsi sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss