SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Şəhriyar Məmmədyarov əməliyyat keçirib

Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarovun Soçidə keçirilən Dünya kubokunda uğursuz çıxışının səbəbi bəlli oldu. 
Chess.az xəbər verir ki, Şəhriyar Məmmədyarov Soçidə olduğu müddətdə səhhətində ciddi problemlər yaranıbmış və məhz bu səbəbdən Şah imkanlarından zəif çıxış edərək 1/16 final mərhələsində gənc erməni şahmatçı Martirosyana məğlub olub kuboka erkən vida etmişdir. Bu barədə Məmmədyarov sosial şəbəkələrdən özü məlumat verib :"Salam dostlar. Soçidə Dünya Kubokunda halım pis idi və Bakıya qayıdan kimi çox önəmli əməliyyat keçirdim. Şəkildəki bu hörmətli həkimlərə dərin təşəkkürümü bildirirəm. Bayramovlar ailəsi həm gözəl həkim ailəsidir, həm də şahmatçi ailəsidir. Təşəkkürlər, artiq evdəyəm." 
Qeyd edək ki, şəkildəki həkimlərdən biri (Məmmədyarovdan sağda olan) ölkədə tanınmış uroloq və yarı-həvəskar şahmatçı Araz Bayramovdur.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss