SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Champions Chess Tour" başlayır. Ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək

İyulun 31-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının səkkizinci turniri olacaq “Chessable Masters" start götürəcək.

  Chess.az xəbər verir ki, dünən turnir iştirakçılarının yekun siyahısı bəlli oldu. Yarışda ölkəmizi qrossmeysterimiz Şəhriyar Məmmədyarov təmsil edəcək. Şəhriyardan Məmmədyarovdan başqa mərhələ yarışında erməni Levon Aronyan, ABŞ təmsilçiləri Vesli So, Hikaru Nakamura və 12 yaşlı gənc istedad Abhimanyu Mişra, Fransanı təmsil edən Əlirza Firuzca, hindistanlılar Pentala Harikrişna, AdhibanHumpu Koneru, Vyetnam təmsilçisi Le Quan Liyem, niderlandlı Yorden Van Forrest, rusiyalı Vladislav Artemyev, İspaniya şahmatçıları David AntonEduardo İturrizaqa, norveçli Aryan Tari və qadınlar arasında hazırki dünya çempionu olan çinli Yu Venyun iştirak edəcəklər. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olacaq turnir avqusutun 8-dək davam edəcək və ənənəvi olaraq Chess24 şahmat platforması üzərindən oynanılacaq. 
 Xatırladaq ki,  “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 600 000 ABŞ dolları təşkil edir.   



скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss