SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Kuboku 2021: Yarımfinalın cavab matçları (CANLI)

Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kubokunun oyunları davam edir.

 Chess.az xəbər verir ki, dünən həm kişilərin həm də qadınların yarışında 1/2 final mərhələsinin ilk qarşılaşmaları keçirildi. Kişilərin turnirində yarımfinalın ilk matçları bərabərliklə nəticələndi. Dünya çempionu Maqnus Karlsen polyak Duda ilə, rusiyalı Sergey Karyakin isə həmyerlisi Vladimir Fedoseyevlə bərabərə qaldılar. 

 Qadınların turnirinə gəlincə, rusiyalı Aleksandra Kostenyuk ilk matçda həmyerlisi Aleksandra Qoryaçkinanı məğlub edərək finala bir addım yaxınlaşdı. Digər yarımfinalda isə ukraynalı Anna Muzıçyuk çinli Zongyi Tanla bərabərə qaldı. Bu gün Dünya Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.   

1/2 final mərhələsi. Kişilər, ilk matçları.
Maqnus Karlsen (Norveç) Yan-Kşıştof Duda (Polşa) 
0.5:0.5 ;
Vladimir Fedoseyev (Rusiya) Sergey Karyakin (Rusiya) 0.5:0.5 ;

1/2 final mərhələsi. Qadınlar, ilk matçlar.
Aleksandra Qoryaçkina (Rusiya) - Aleksandra Kostenyuk (Rusiya) 0:1 ;

Anna Muzıçyuk (Ukrayna) - Zangyi Tan (Çin) 0.5:0.5 ;




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss