SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Champions Chess Tour": Bu gün Məmmədyarov Aronyanla qarşılaşacaq (CANLI)

İyulun 31-də start götürən “Champions Chess Tour” Onlayn şahmat seriyasının səkkizinci turniri olan “Chessable Masters"-in artıq 10 turu arxada qaldı.


CANLI TAXTA

Chess.az xəbər verir ki, keçirilmiş 10 turdan sonra yarışda ölkəmizi təmsil edən qrossmeysterimiz Şəhriyar Məmmədyarov hal-hazırda 6.5 xalla turnir cədvəlinin 4-6-cı yerləri bölüşdürür. Bu gün onlayn turnirin qrup mərhələsinin son beş turu keçiriləcək. Məhz bugünki qarşılaşmalardan sonra 1/4 finala vəsiqə qazanacaq səkkiz şahmatçının adı məlum olacaq. 
Hemyerlimizin bugünki rəqiblləri isə, niderlandlı Yorden Van Forrest (19:00), Fransanı təmsil edən Əlirza Firuzca (20:00), yarışın lideri, amerikalı Vesli So (21:00), erməni Levon Aronyan (22:00) və norveçli Aryan Tari (23:00) olacaqlar. Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollar təşkil edir və yarış ənənəvi olaraq Chess24 şahmat platforması üzərindən oynanılır. 
 Xatırladaq ki,  “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 600 000 ABŞ dolları təşkil edir.   


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss