SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Vasif Durarbəyli:"Milli komanda nədir, legioner nədir?!"

Son ölkə çempionu və Rusiyada keçirilən Dünya Kubokunun 1/8 mərhələsinə qədər irəliləyərək ilk 16-a düşməyə bacaran Vasif Durarbəyli şəxsi Feysbuk hesabında Azərbaycanın Olimpia yığmasının Tokio olimpiadasındakı çıxışına toxunub.

Chess.az xəbər verir ki, bir çox məqama toxunan Durarbəyli, əsasən yığma komandamıza cəlb edilən legionerlərdən söz açıb və onların zəif çıxış etməsinə baxmayaraq onlarda bir günahın olmadığını bildirib
 : "Olimpiyaçılarımızı xeyli insan legionerlər və bizimkilər kimi bölür. Milli komanda nədir, legioner nədir?! Azərbaycanda doğulmayıb lakin bizim ölkədə özünə vətən tapanların,  bizi təmsil etmələrinə qarşı deyiləm. "Bizimkilər" yer tutmayan da olar , amma bu "legionerlərin" ********  yanaşması səhvdir.
Qəzəbin səbəbi mənə çox yaxşı bəllidir. Məsələn,  şahmat federasiyamız  milyon manatdan çox vəsait xərcləyərək şahmatçı gətirmişdi. Həmin 5-6 il dövrdə mən, ölkədə 6-7-ci nömrə idim, və demək olar  heç bir dəstək almamışam. O pulla ölkəmizdə ən azı 5 güclü şahmatçı yetişdirmək və xeylisinə də dəstək olmaq olardı.
 Lakin bu qəzəbi oyunçuya yönləndirmək mənasızdır. Həmin idmançı neynəsin?! Öz sevdiyi işlə məşğul olmaq üçün daha yaxşı şərtlər təklif edilib, o da qəbul edib. Məsələn bizim atletimiz Ramil Quliyev eynisini etməyibmi?!
Ümumiyyətlə, xüsusən yazan jurnalistdirsə bölgüdən istifadə etməməlidir. Həmin "legionerlərin" günahı yoxdur! Hər kəsə insan kimi davranılmalıdır.
Federasiyaları medal olmamasına  və ya az qazanmasına görə tənqid etmək istəyirsinizsə buyurun edin.  Amma  lütfən niyə "zəif legionerlər" gətirmisiniz tipli olmasın.
P.S. Ümumiyyətlə, mənim milliləşdirmə necə olmalıdır barədə fikrim:
1.Həmin kəs yerli idmançılardan  daha yaxşı şərt almamalıdır.
2. Azərbaycanda yaşamalı və bizim dili öyrənməlidir.
3. Azərbaycan vətəndaşı olmalıdır.
P.P.S.  Özüm də ayrı seçkilik az etməmişəm, amma bu gün səhv yanaşdığımı başa düşürəm."
  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss