SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Kənan Qarayev Vüqar Həşimova həsr olunmuş turnirin qalibi oldu

Bakıda mərhum qrossmeysterimiz Vüqar Həşimovun doğum gününə həsr olunmuş ənənəvi  beynəlxalq şahmat turniri başa çatdı.

Chess.az xəbər verir ki, yarışda Azərbaycan, Fransa, AlmaniyaKanadanı təmsil edən ümumilikdə 119 şahmatçı iştirak edib. Doqquz turluq gərgin mübarizənin sonunda qələbəni 7.5 xalla Kənan Qarayev bayram etdi. Onunla eyni xalı toplayan və yalnız əlavə göstəricilərə görə Kənana uduzan Uğur İlyaslı ikinci, Şahin Vəliyev isə üçüncü olmuşdur. Qeyd edək ki, turnir "Vüqar Həşimov adına Şahmat Akademiyasında" keçirlmişdir. Qaliblər isə diplom və kuboklardan başqa pul mükafatları ilə təltif olunublar. Qaliblərin mükafatlarını Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aidə Həşimova təqdim ediblər.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss