İyulun 31-də start götürən “Champions Chess Tour” Onlayn şahmat seriyasının səkkizinci turniri olan “Chessable Masters" davam edir.
Chess.az xəbər verir ki, yarışdaki yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov qrup mərhələsini inamla başa vurub 1/4 finala qədər irəliləsə də, burada erməni şahmatçı Levon Aronyana məğlub olaraq mübarizəni dayandırıb. Bu gün “Chessable Masters" turnirinin yarımfinal mərhələsi start götürəcək. İlk yarımfinalda ABŞ şahmatçısı Vesli So ilə rusiyalı Vladislav Artemyev, ikinci yarımfinal qarşılaşmasında isə erməni Levon Aronyanla vyetnamlı Le Quanq Liem qarşılaşacaqlar.
Xatırladaq ki, “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 600 000 ABŞ dolları təşkil edir.
5-08-2021, 08:20