SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

İddiaçılar turniri 2022: Rəcəbovun iki rəqibinin adı məlum oldu

Daha öncə xəbər verdiyimiz kimi azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla FİDE arasında "İddiaçılar Turniri 2020" ətrafında  yaşanan qalmaqal, Teymurun "İddiaçılar Turniri 2022" birbaşa vəsiqə qazanması ilə nəticələnmişdir. 

   Xatırladaq ki, ötən ilin mart ayında Teymur Rəcəbov dünyada hökm sürən COVİD-19 pandemiyası üzündən, FİDE-yə "İddiaçılar turnirini" başqa bir vaxta təxirə salınmasını təklif etmişdi. Lakin FİDE bu təklifi üsyan kimi qələmə verib Teymuru turnirdən uzaqlaşdırmaq qərarını vermişdir və tez tələsik onun yerinə turnirə fransız Maksim Vaşye-Laqrafı dəvət etmişdir. Sonradan Teymurun nə qədər haqlı olduğunu bütün dünya gördü. Turnir 7-ci turdan sonra yarımçiq dayandırılmışdır və yalnız bir ildən sonra davam etdi. Uzun sürən narazılıqların və diskusiyaların sonunda tərəflər kompromisə gəlmişdirlər və Ali şahmat qurumu rəsmi olaraq Teymurun 2022-ci ildə keçiriləcək "İddiaçılar turnirində" iştirak edəcəyini bəyan etmişdir.

   Dünən isə Teymurun bu mötəbər yarışda ilk iki rəqibi müəyyənləşdi. Belə ki, Rusiyada başa çatan Dünya Kubokunun qalibi polyak Yan-Kşıştof Duda və finalçısı rusiyalı Sergey Karyakin, Teymurdan sonra "İddiaçılar Turniri 2022"-də iştirak etmək hüququnu qazanıblar. Bu üçlükdən başqa dekabr ayında keçiriləcək dünya çempionu adı uğrunda matçın məğlub oyunçusu (Karlsen-Nepomnyaşiy), noyabr ayında Men adasında keçiriləcək "Grand Swiss 2021"-də ilk iki yeri tutan şahmatçı və "Qran Pri" seriyasının nəticələrinə görə ilk iki yeri tutuan şahmatçı da "İddiaçılar Turniri 2022"-də iştirak edəcəklər.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss