SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Duda SSSR-də anadan olanların hegemonluğuna da son qoydu! (MARAQLI FAKT)

Xəbər verdiyimiz kimi dünən Rusiyanın Soçi şəhərində başa çatan şahmat üzrə Dünya Kuboku Polşa şahmatçısı Yan-Kşıştof Dudanın qələbəsi ilə nəticələndi. 

Karyerasının ən böyük uğuruna imza atan Duda, qələbəsi ilə çox maraqlı bir seriyaya da son qoymuş oldu. Belə ki, 2005-ci ildən keçirilən şahmat üzrə Dünya kuboku yarışlarında qələbəni müxtəlif ölkələri təmsil edən şahmatçılar qazansa da, onların hamısı SSSR-də anadan olanlar olub. Yan-Kşıştof Duda isə 1998-ci ilin aprelində Polşanın Krakov şəhərində anadan olub. Beləliklə Dünya kubokundakı SSSR-də doğulanların heqemonluğuna da son qoyuldu.  


Dünya Kubokunun qaliblərinin siyahısına nəzər salaq :

2005-ci il : Levon Aronyan (Ermənistan) 
                 1982-ci il. SSSR. Ermənistan SSR-ı. İrəvan şəhəri.
2007-ci il : Qata Kamskiy (ABŞ)
                 1974-ci il. SSSR. RSFSR. Novokuznetsk şəhəri.
2009-cu il :Boris Qelfand (İsrail)
                 1968-ci il. SSSR. Belorussiya SSR-ı. Minsk şəhəri.
2011-ci il : Petr Svidler (Rusiya)
                 1976-cı il. SSSR. RSFSR. Leninqrad şəhəri.
2013-ci il : Vladimir Kramnik (Rusiya)
                 1975-ci il. SSSR. RSFSR. Tuapse şəhəri.
2015-ci il : Sergey Karyakin (Rusiya)
                 1990-cı il. Ukrayna SSR-ı. Simferopol şəhəri.
2017-ci il : Levon Aronyan (Ermənistan) 
                 1982-ci il. SSSR.Ermənistan SSR-ı. İrəvan şəhəri.
2019-cu il :Teymur Rəcəbov (Azərbaycan)
                 1987-ci il. SSSR. Azərbaycan SSR-ı. Bakı şəhəri.

2021-ci il : Yan-Kşıştof Duda (Polşa)
                 1998-ci il. Polşa. Krakov şəhəri.

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss