SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Avropa Çempionatı 2021: Günay erməniyə qalib gəldi. Növbə Zeynəb və Ülviyyədədir (CANLI)

Dünən Rumıniyanın Yassa şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı start götürdü. 

  Chess.az xəbər verir ki, qitə birinciliyində ümumilikdə 29 ölkədən 117 şahmatçı iştirak edəcək. Ölkəmizi Avropa Çempionatında 10 şahmatçı təmsil edir. Bunlar Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb Türkan Məmmədyarova bacıları, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Ayan AllahverdiyevaNəsrin Babayevadır. Dünən çempionatın ilk turun oyunları keçirildi. Çempionatda əsas ümidlərimizdən biri hesab olunan Günay Məmmədzadə erməni rəqibi Mariya Qevorgyandan üstün oldu. Günaydan başqa Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Zeynəb MəmmədyarovaÜlviyyə Fətəlliyeva də ilk oyunlarını qələbə ilə başa vurublar. Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 60 000 Avro təşkil edir.  

2-ci tur:
Günay Məmmədzadə (Azərbaycan) - Monika Qalzeta Ruiz (İspaniya)
Gülnar Məmmədova (Azərbaycan) - Maritsa Tsirulnik (Ukrayna)
Xanım Balacayeva (Azərbaycan) -
Kseniya Zelyantsova (Belarus) 
Elena Sedina (İtaliya) - Ayan Allahverdiyeva (Azərbaycan) 
Türkan Məmmədyarova (Azərbaycan) - Mixael Trifoli (Rumıniya)
Gövhər Beydullayeva (Azərbaycan) - Olqa Badelka (Belarus)
Zeynəb Məmmədyarova (Azərbaycan) - Elina Danielyan (Ermənistan)
Yekaterine Pavlidou (Yunanıstan) - Nəsrin Babayeva (Azərbaycan)
Nia Doqvhani (Gürcüstan) - Xəyalə Abdulla (Azərbaycan)
Lilit Mkrtchyan (Ermənistan) - Ülviyyə Fətəliyeva (Azərbaycan)


1-ci tur:
Mariya Qevorgyan (Ermənistan) - Günay Məmmədzadə (Azərbaycan) 0:1
Stella Sankova (Slovakiya) - Gülnar Məmmədova (Azərbaycan) 0:1
Ayan Allahverdiyeva (Azərbaycan) - Xanım Balacayeva (Azərbaycan) 0:1
Ronit Levitan (İsrail) - Türkan Məmmədyarova (Azərbaycan) 0.5:0.5
Petronella Parasçiv (Rumıniya) - Gövhər Beydullayeva (Azərbaycan) 0:1
Diana Mirza (İtaliya) - Zeynəb Məmmədyarova (Azərbaycan) 0:1
Nəsrin Babayeva (Azərbaycan) - Miruna Lehaçi (Rumıniya) 0:1
Xəyalə Abdulla (Azərbaycan) - Aureliana Pancu (Rumıniya) 0.5:0.5
Ülviyyə Fətəliyeva (Azərbaycan) - Stefani Matasaru (Rumıniya)
1:0скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss