SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Champions Chess Tour": Rəcəbov 103 968 dollarla dördüncüdür

“Champions Chess Tour” Onlayn şahmat seriyasının səkkizinci turniri olan “Chessable Masters" başa çatdı.

Chess.az xəbər verir ki, turnirin finalında üz-üzə gələn ABŞ təmsilçisi Vesli So ilə Vyetnam şahmatçısı Le Quanq Liemin qarşıdurması amerikalının qələbəsi ilə nəticələndi. Qazandığı qələbə sayəsində, So ümumi hesabdaki ikinci yerini möhkəmlədərək, lider Maqnus Karlsenə yaxınlaşıb. İndi onları cəmi 34 xal ayırır. Uzun müddətdir ki, ilk üçlükdə yer alan həmyerlimiz Teymur Rəcəbov, iştirak etmədiyi bu turnirin nəticələrindən sonra, dördüncü pilləyə enib. Seriyadakı digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə, hal-hazırda 12-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Rəcəbovun seriyada indiyə qədərki qazancı 103 968 ABŞ dolları təşkil edir. Məmmədyarov isə bu seriyadan hələ ki, cəmi 25 323 dollar qazana bilib. 
 Xatırladaq ki,  “Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və bu ilin sentyabrında başa çatacaq. Seriyanın ümumi mükafat fondu isə 1 600 000 ABŞ dolları təşkil edir. 

  

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss