SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Fişerlə Spasskiyin oynadığı məkanda 10 azərbaycanlı şahmatçı mübarizə aparacaq. Avropa Çempionatı 2021

Avqustun 26-dan sentyabrın 5-dək İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürəcək. 

Chess.az xəbər verir ki, "Reykyavik Open 2021" adlanacaq qitə birinciliyində 35 ölkədən ümumilikdə 185 şahmatçı mübarizə aparacaq.  Ölkəmizi Avropa Çempionatında qadınlarda olduğu kimi, kişilərin yarışında da 10 şahmatçı təmsil edəcək. Bunlar, Nicat Abbasov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Məmmədov, Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Read SəmədovŞahin Vəliyevdir. Qitə birinciliyinə geniş heyyətlə qatılan Azərbaycan, iştirakçı sayına görə yalnız meydan sahibi İslandiya (51 şahmatçı) və Almaniyadan (20 şahmatçı) geri qalır. Avropa çempionatına əlavə maraq qatacaq detal isə, onu keçiriləcəyi məkanla bağlıdır. Beləliklə Reykyavikdəki qitə birinciliyi, 1972-ci ildə ABŞ şahmatçısı Bobbi Fişerlə, SSSR-i təmsilçisi Boris Spasskiy arasında keçirilmiş dünya çempionu adı uğrunda əfasəvi final matçının keçirildiyi məkanda oynanılacaq. Əvvəllər "Loftleidir" adlanan hotel, indi "Hotel Natura" adlanır və gitə birinciliyi də məhz bu məkanda keçiriləcək.  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss