SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Saint Louis Rapid and Blitz 2021" : Məmmədyarov mübarizəyə başlayır

Sabah Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi start götürəcək. 

Chess.az xəbər verir ki, "Saint Louis Rapid and Blitz 2021" adlanacaq mərhələ 9 Rapid və 18 Blitz turdan ibarət olacaq. "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsində 10 şahmatçı iştirak edəcək. Ölkəmizi bu mötəbər turnirdə Azərbaycanın ən güclü şahmatçısı  Şəhriyar Məmmədyarov təmsil edəcək. Şəhriyardan başqa turnirdə ABŞ təmsilçiləri Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Cefri Ksionq, Hikaru NakamuraSem Şenkland, macar Rixard Rapport, rusiyalı Petr Svidler və vyetnamlı Quaqn Lyem Li iştirak edəcəklər. Xatıraldaq ki, Şəhriyar seriyanın birinci mərhələsi olmuş "Superbet Chess Classic Romania"-ın qalibi olmuşdur. Mərhələnin mükafat fondu isə 150 000 ABŞ dolları təşkil edəcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss