SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Avropa Çempionatı 2021: Məmmədzadə Danielyana qarşı. İki ölkənin ən güclü şahmatçıları üz-üzə (CANLI)

Rumıniyanın Yassı şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir. 
CANLI
CANLI (VİDEO)

  Chess.az xəbər verir ki, dünən 29 ölkədən 117 şahmatçının iştirak etdiyi qitə birinciliyinin üçüncü turuna yekun vuruldu. Azərbaycanın ən güclü qadın şahmatçısı olan Günay Məmmədzadə, üçüncü turda Yunanıstan təmsilçisi  Tsolakidu üzərində inamlı qələbə qazanaraq çempionatda ardıcıl olaraq üçüncü qələbəsini qazandı. Bu qələbə sayəsində Günay Avropa çempionatında liderlər qrupunda yer almaqda davam edir. Bu gün keçiriləcək dördüncü tur çərçivəsində isə,  Məmmədzadəni olduqca maraqlı və prinsipial qarşılaşma gözləyir. Çempionatın gedişində təmsilçilərimiz Zeynəb MəmmədyarovaXanım Balacayevanı məğlub edən Ermənistanın ən güclü qadın şahmatçısı Elina Danielyan bu gün Günayın rəqibi olacaq. Bu oyunda qazanıla biləcək qələbə, Günaya çempioluq uğrunda mübarizədə vacib xal qazandırmaqla yanaşı, həmçinin komanda yoldaşlarının revanşını da almağa kömək edə bilər.  Xatırladaq ki, Günay Məmmədzadə qitə birinciliyinin ilk turunda da erməni şahmatçı Mariya Qevorqyanla qarşılaşmışdır. Həmin oyunda Məmmədzadə rəqibini qara fiqurlarla məğlub etmişdir. Məmmədzadə-Danielyan dueli,  həmçinin turun digər qarşılaşmaları da, bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
 Qeyd edək ki,  Avropa çempionatı avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə, 60 000 Avro təşkil edir.  

4-cü tur:
Günay Məmmədzadə (Azərbaycan) - 
Elina Danielyan (Ermənistan) 
Gülnar Məmmədova (Azərbaycan) - Ülviyyə Fətəliyeva (Azərbaycan) 
Xanım Balacayeva (Azərbaycan) - Zala Urx (Sloveniya)

Gövhər Beydullayeva (Azərbaycan) - Kseniya Zelyantsova (Belarus) 
Türkan Məmmədyarova (Azərbaycan) - Andrea Kosman (Rumıniya)
Jasmin Sloffer (Avstriya) - Xəyalə Abdulla (Azərbaycan) 
Zeynəb Məmmədyarova (Azərbaycan) - Stella Sankova (Slovakiya)
Mixaela Sandu (Rumıniya) - Ayan Allahverdiyeva (Azərbaycan)
Nəsrin Babayeva (Azərbaycan) - Tatyana Dornbuş (Monako) 


3-cü tur:
Stavrula Tsolakidu (Yunanıstan) - Günay Məmmədzadə (Azərbaycan) 0:1
Nino Batsiaşvili (Gürcüstan) - Gülnar Məmmədova (Azərbaycan) 1:0
Elina Danielyan (Ermənistan) - Xanım Balacayeva (Azərbaycan) 1:0

Ayan Allahverdiyeva (Azərbaycan) - Viktoriya Çernyak (Rusiya) 0:1
Lela Javaxişvili (Gürcüstan) - Türkan Məmmədyarova (Azərbaycan) 1:0
Natalya Buksa (Ukrayna) - Gövhər Beydullayeva (Azərbaycan) 0.5:0.5
Frederika Nilssen (Danimarka) - Zeynəb Məmmədyarova (Azərbaycan) 1:0

Nəsrin Babayeva (Azərbaycan) - Tatyana Dornbuş (Monako) 0:1
Xəyalə Abdulla (Azərbaycan) - Monika Soçko (Polşa) 0:1
Ülviyyə Fətəliyeva (Azərbaycan) - Nurgül Səlimova (ECU)
 
0.5:0.5

2-ci tur:
Günay Məmmədzadə (Azərbaycan) - Monika Qalzeta Ruiz (İspaniya) 1:0
Gülnar Məmmədova (Azərbaycan) - Maritsa Tsirulnik (Ukrayna) 1:0
Xanım Balacayeva (Azərbaycan) -
Kseniya Zelyantsova (Belarus) 1:0
Elena Sedina (İtaliya) - Ayan Allahverdiyeva (Azərbaycan) 0:1
Türkan Məmmədyarova (Azərbaycan) - Mixael Trifoli (Rumıniya) 1:0
Gövhər Beydullayeva (Azərbaycan) - Olqa Badelka (Belarus) 0.5:0.5
Zeynəb Məmmədyarova (Azərbaycan) - Elina Danielyan (Ermənistan) 0:1
Yekaterine Pavlidou (Yunanıstan) - Nəsrin Babayeva (Azərbaycan) 0:1
Nia Doqvhani (Gürcüstan) - Xəyalə Abdulla (Azərbaycan) 0:1
Lilit Mkrtchyan (Ermənistan) - Ülviyyə Fətəliyeva (Azərbaycan)
 0.5:0.5

1-ci tur:
Mariya Qevorgyan (Ermənistan) - Günay Məmmədzadə (Azərbaycan) 0:1
Stella Sankova (Slovakiya) - Gülnar Məmmədova (Azərbaycan) 0:1
Ayan Allahverdiyeva (Azərbaycan) - Xanım Balacayeva (Azərbaycan) 0:1
Ronit Levitan (İsrail) - Türkan Məmmədyarova (Azərbaycan) 0.5:0.5
Petronella Parasçiv (Rumıniya) - Gövhər Beydullayeva (Azərbaycan) 0:1
Diana Mirza (İtaliya) - Zeynəb Məmmədyarova (Azərbaycan) 0:1
Nəsrin Babayeva (Azərbaycan) - Miruna Lehaçi (Rumıniya) 0:1
Xəyalə Abdulla (Azərbaycan) - Aureliana Pancu (Rumıniya) 0.5:0.5
Ülviyyə Fətəliyeva (Azərbaycan) - Stefani Matasaru (Rumıniya)
1:0скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss