SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

""Grand Chess Tour": Məmmədyarov So və Karuana ilə qarşılaşacaq (CANLI)

Amerika Birləşmiş Ştatlarının şahmat paytaxtı hesab olunan Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi davam edir. 

CANLI 

Chess.az xəbər verir ki, "Saint Louis Rapid and Blitz 2021" adlanan mərhələ ümumilikdə 9 Rapid və 18 Blitz turdan ibarət olacaq. Dünən yarışın ikinci oyun günündə Rapid turnirinin növbəti üç turu keçirildi. Yarışdakı yeganə təmsilçimiz olan Şəhriyar Məmmədyarov, dünən üç ABŞ şahmatçısına qarşı keçirdiyi oyunlardan sonra, yarışdakı ümumi qələbəyə şanslarını qoruyub saxlayıb. Məmmədyarov əvvəlcə Cefri Ksionqla bərabərə qaldı, daha sonra Şah Sem Şenklanda məğlub oldu və günün son qarşılaşmasında Leyner Dominqezi məğlub etməyi bacardı. Məmmədyarov 6 turdan sonra aktivində 6 xalla hazırda yarış cədvəlinin 3-7-ci pillələrini bölüşür. Yarış cədvəlinə isə, aktivində 9 xalı olan ABŞ şahmatçısı Fabiano Karuana başçılıq edir. Ondan iki xal geri qalan digər amerikalı Huikaru Nakamura isə, ikinci pillədə qərarlaşıb. Bu gün Bakı vaxtı ilə saat 00:00-da Rapid turnirinin növbəti üç turu keçiriləcək və bununla da mərhələnin Rapid yarışına yekun vurulacaq. Şəhriyar Məmmədyarovun bugünki rəqibləri macar Rixard Rapport və ABŞ şahmatçıları Vesli So ilə Fabiano Karuana olacaqlar. 
  Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsində 10 şahmatçı iştirak edir. Bunlar həmyerlimiz  Şəhriyar Məmmədyarovdan başqa ABŞ təmsilçiləri Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Cefri Ksionq, Hikaru NakamuraSem Şenkland, macar Rixard Rapport, rusiyalı Petr Svidler və vyetnamlı Quaqn Lyem Lidir. Xatıraldaq ki, Şəhriyar seriyanın birinci mərhələsi olmuş "Superbet Chess Classic Romania"-ın qalibi olmuşdur. Mərhələnin mükafat fondu isə 150 000 ABŞ dollar təşkil edir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss