SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2021: Günay çempionatın liderliyinə yüksəldi (CANLI)

Rumıniyanın Yassı şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir. 

CANLI
CANLI (VİDEO)


  Chess.az xəbər verir ki, dünən qitə birinciliyinin beşinci turun oyunları keçirildi. Azərbaycanın ən güclü qadın şahmatçısı və Avropa çempionatında qələbəyə əsas namizədlərdən biri hesab olunan Günay Məmmədzadə, dünən meydan sahibi və yarışın vahid lideri olan rumıniyalı İrina Bulmaqa ilə qarşılaşdı. Günay möhtəşəm oyun sərgiləyərək 35-ci gedişdə rəqibini təslim olmağa məcbur etdi. Qazanılan qələbə Günayı Avropa Çempionatının liderliyinə yüksəltdi. Aktivində 4.5 xalı olan Günay, onunla eyni sayda xal toplayan və yalnız əlavə göstəricilərə görə ondan geri qalan ukraynalı Yuliya Osmak və rusiyalı Aleksandra Maltsevskaya ilə birlikdə liderlər qrupunu təşkil edirlər. Onu da qeyd edək ki, Məmmədzadə növbəti oyununu bu gün, məhz liderlərdən biri olan ukraynalı Yuliya Osmaka qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
 Qeyd edək ki,  Avropa çempionatı avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə, 60 000 Avro təşkil edir.  

6-cı tur:
Yuliya Osmak (Ukrayna) - Günay Məmmədzadə (Azərbaycan)

Gülnar Məmmədova (Azərbaycan) - Anastasiya Bodnaruk (Rusiya)

Viktoriya Çernyak (Rusiya) - Ülviyyə Fətəliyeva (Azərbaycan) 
Xanım Balacayeva (Azərbaycan) - Trank Xoanq (Macarıstan)
Gövhər Beydullayeva (Azərbaycan) - Yolanta Zavatska (Polşa)
Türkan Məmmədyarova (Azərbaycan) - Zala Urx (Sloveniya)  
Zeynəb Məmmədyarova (Azərbaycan) - Stavrula Tsolakidu (Yunanıstan)
Yuliya Qriqoryeva (Rusiya) - Xəyalə Abdulla (Azərbaycan)
Lia-Aleksandra Maria (Rumıniya) - Ayan Allahverdiyeva (Azərbaycan)
Anika Frovis (Avstriya) - Nəsrin Babayeva (Azərbaycan)



5-ci tur:
Günay Məmmədzadə (Azərbaycan) - İrina Bulmaqa
 (Rumıniya) 1:0
Xəyalə Abdulla (Azərbaycan) - Gülnar Məmmədova (Azərbaycan) 0:1

Ülviyyə Fətəliyeva (Azərbaycan) - Viktoriya Radeva (ECU) 0:1
Jovana Erik (Serbiya) - Xanım Balacayeva (Azərbaycan) 0:1

Leya Qarifulina (Rusiya) - Gövhər Beydullayeva (Azərbaycan) 0.5:0.5
Yekaterine Pavlidou (Yunanıstan) -Türkan Məmmədyarova (Azərbaycan) 0.5:0.5  
Andrea Kosman (Rumıniya) - Zeynəb Məmmədyarova (Azərbaycan) 0:1
Ayan Allahverdiyeva (Azərbaycan) - Aurelina Panku (Rumıniya) 0:1
Nəsrin Babayeva (Azərbaycan) - Denis Troppold (Avstriya) 
1:0

4-cü tur:
Günay Məmmədzadə (Azərbaycan) - 
Elina Danielyan (Ermənistan) 0.5:0.5
Gülnar Məmmədova (Azərbaycan) - Ülviyyə Fətəliyeva (Azərbaycan) 
0.5:0.5
Xanım Balacayeva (Azərbaycan) - Zala Urx (Sloveniya) 0.5:0.5

Gövhər Beydullayeva (Azərbaycan) - Kseniya Zelyantsova (Belarus) 1:0
Türkan Məmmədyarova (Azərbaycan) - Andrea Kosman (Rumıniya) 0.5:0.5
Jasmin Sloffer (Avstriya) - Xəyalə Abdulla (Azərbaycan) 0:1 
Zeynəb Məmmədyarova (Azərbaycan) - Stella Sankova (Slovakiya) 1:0
Mixaela Sandu (Rumıniya) - Ayan Allahverdiyeva (Azərbaycan) 1:0
Marina Qayçin (Serbiya) - Nəsrin Babayeva (Azərbaycan) 1:0 

3-cü tur:
Stavrula Tsolakidu (Yunanıstan) - Günay Məmmədzadə (Azərbaycan) 0:1
Nino Batsiaşvili (Gürcüstan) - Gülnar Məmmədova (Azərbaycan) 1:0
Elina Danielyan (Ermənistan) - Xanım Balacayeva (Azərbaycan) 1:0

Ayan Allahverdiyeva (Azərbaycan) - Viktoriya Çernyak (Rusiya) 0:1
Lela Javaxişvili (Gürcüstan) - Türkan Məmmədyarova (Azərbaycan) 1:0
Natalya Buksa (Ukrayna) - Gövhər Beydullayeva (Azərbaycan) 0.5:0.5
Frederika Nilssen (Danimarka) - Zeynəb Məmmədyarova (Azərbaycan) 1:0

Nəsrin Babayeva (Azərbaycan) - Tatyana Dornbuş (Monako) 0:1
Xəyalə Abdulla (Azərbaycan) - Monika Soçko (Polşa) 0:1
Ülviyyə Fətəliyeva (Azərbaycan) - Nurgül Səlimova (ECU)
 
0.5:0.5

2-ci tur:
Günay Məmmədzadə (Azərbaycan) - Monika Qalzeta Ruiz (İspaniya) 1:0
Gülnar Məmmədova (Azərbaycan) - Maritsa Tsirulnik (Ukrayna) 1:0
Xanım Balacayeva (Azərbaycan) -
Kseniya Zelyantsova (Belarus) 1:0
Elena Sedina (İtaliya) - Ayan Allahverdiyeva (Azərbaycan) 0:1
Türkan Məmmədyarova (Azərbaycan) - Mixael Trifoli (Rumıniya) 1:0
Gövhər Beydullayeva (Azərbaycan) - Olqa Badelka (Belarus) 0.5:0.5
Zeynəb Məmmədyarova (Azərbaycan) - Elina Danielyan (Ermənistan) 0:1
Yekaterine Pavlidou (Yunanıstan) - Nəsrin Babayeva (Azərbaycan) 0:1
Nia Doqvhani (Gürcüstan) - Xəyalə Abdulla (Azərbaycan) 0:1
Lilit Mkrtchyan (Ermənistan) - Ülviyyə Fətəliyeva (Azərbaycan)
 0.5:0.5

1-ci tur:
Mariya Qevorgyan (Ermənistan) - Günay Məmmədzadə (Azərbaycan) 0:1
Stella Sankova (Slovakiya) - Gülnar Məmmədova (Azərbaycan) 0:1
Ayan Allahverdiyeva (Azərbaycan) - Xanım Balacayeva (Azərbaycan) 0:1
Ronit Levitan (İsrail) - Türkan Məmmədyarova (Azərbaycan) 0.5:0.5
Petronella Parasçiv (Rumıniya) - Gövhər Beydullayeva (Azərbaycan) 0:1
Diana Mirza (İtaliya) - Zeynəb Məmmədyarova (Azərbaycan) 0:1
Nəsrin Babayeva (Azərbaycan) - Miruna Lehaçi (Rumıniya) 0:1
Xəyalə Abdulla (Azərbaycan) - Aureliana Pancu (Rumıniya) 0.5:0.5
Ülviyyə Fətəliyeva (Azərbaycan) - Stefani Matasaru (Rumıniya)
1:0скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss