SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Aydın Süleymanlı rəsmi olaraq qrossmeyster oldu. Rauf və Röya da tutullu oldular (RƏSMİ)

Hələ aprelin sonlarında Monteneqrodakı turnirdə sonuncu qrossmeyster balını yerinə yetirən 16 yaşlı Aydın Süleymanlı, nəhayyət ki, rəsmi olaraq bu titula yiyələndi. 

 Chess.az xəbər verir ki, Rusiyanın Soçi şəhərində başa çatan şahmat üzrə FİDE Dünya kubokundan sonra, qurumun növbəti hesabat iclası keçirildi.  Məhz o iclasda ötən aylar ərzində fərqlənən şahmatçılar rəsmi olaraq öz yeni titullarına qovuşdular. Sevindirici haldır ki, onların arasında gənc və perspektivli həmyerlimiz, 2020-ci ildə mötəbər "Aeroflot Open" turnirinin qalibi, yeniyetmələr arasında Dünya və ikiqat Avropa çempionu olmuş 16 yaşlı Aydın Süleymanlı da var. Aprel ayın sonunda Monteneqronun Niksiç şəhərində keçirilən "Vladimir Bato Kontic" Memorialında birinci olan Aydın, son qrossmeystr balını yığmışdır.  FİDE-nin qaydalarına uyğun olaraq isə, şahmatçı yeni qazandığı tutula rəsmi olaraq yalnız Ali şahmat qurumunun iclasından sonra yiyələnir.

 Chess.az saytı olaraq Aydını bu böyuk uğuru münasibətilə təbrik edirik. Onu da qeyd edək ki, Aydından başqa Rauf Hacılı Beynəlxalq hakim (İA), Röya Cəlilova isə FİDE hakimi (FA) tutullarına yiyələniblər.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss