SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

AÇ 2021: Vəziyyət qəlizləşir

Rumıniyanın Yassı şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir. 

CANLI
CANLI (VİDEO)


  Chess.az xəbər verir ki, dünən qitə birinciliyinin altıncı turuna yekun vuruldu. Başa çatan turda qeydə alınan nəticələr, yarış cədvəlində vəziyyəti də xeyli qəlizləşdirdi. İndi Avropa Çempionatına,  nə az, nə çox, düz altı şahmatçı başçılıq edir. Sevindirici haldır ki, onlardan biri də həmyerlimiz, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadədir. Dünən ukraynalı Yuliya Osmakla bərabərə qalan Məmmədzadə, hal hazırda 5 xalla Yuliya Osmak, ermənii Elina Daniyelyan, polşalı Oliviya Kiolbasa, rusiyalı Aleksandra Maltsevskaya və gürcü Meri Arabidze il birlikdə zirvəni bölüşdürür. Bu gün şahmatçılar istirahət edəcək. Sabah isə çempionluq uğrunda möhtəşəm mübarizə davam edəcək.   Günayın növbəti rəqibi, liderlər qrupunda yer alan rusiyalı  Aleksandra Maltsevskaya olacaq. Qarşılaşma avqustun 16-da, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 
  Avropa çempionatı Günay üçün uğurlu keçsə də, təəsüf ki, bunu qitə birinciliyində iştirak edən digər doqquz şahmatçımız üçün söyləmək çətindir. Son Azərbaycan çempionu Gülnar Məmmədova keçirilmiş altı turdan sonra 22-ci, Xanım Balacayeva 27-ci, Ülviyyə Fətəliyeva 35-ci, Gövhər Beydullayeva 38-ci, Zeynəb Məmmədyarova 60-cı, Nəsrin Babayeva 63-cü, Türkan Məmmədyarova 83-cü, Xəyalə Abdulla 85-ci, Ayan Allahverdiyeva isə 95-ci pillələrdə qərarlaşıblar.     
 Qeyd edək ki,  Avropa çempionatı avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə, 60 000 Avro təşkil edir.  

7-ci tur:
Aleksabdra Maltsevskaya (Rusiya) - Günay Məmmədzadə (Azərbaycan)

Olqa Badelka (Belarus) - Gülnar Məmmədova (Azərbaycan) 

Klaudia Kulon (Polşa) - Ülviyyə Fətəliyeva (Azərbaycan)
Anastasiya Bodnaruk (Rusiya) - Xanım Balacayeva (Azərbaycan)
Yelan Semyonova (Rusiya) - Gövhər Beydullayeva (Azərbaycan)
İrina Petrova (Ukrayna) - Türkan Məmmədyarova (Azərbaycan) 
Yana İlyuçyuk (Belarus) - Zeynəb Məmmədyarova (Azərbaycan)
Xəyalə Abdulla (Azərbaycan) - Narva Triin (Estoniya)
Ayan Allahverdiyeva (Azərbaycan) - Ema Obada (Rumıniya)
Nəsrin Babayeva (Azərbaycan) - Mixaela Sandu (Rumıniya)



6-cı tur:
Yuliya Osmak (Ukrayna) - Günay Məmmədzadə (Azərbaycan) 0.5:0.5

Gülnar Məmmədova (Azərbaycan) - Anastasiya Bodnaruk (Rusiya) 
0.5:0.5
Viktoriya Çernyak (Rusiya) - Ülviyyə Fətəliyeva (Azərbaycan) 0:1
Xanım Balacayeva (Azərbaycan) - Trank Xoanq (Macarıstan) 0.5:0.5
Gövhər Beydullayeva (Azərbaycan) - Yolanta Zavatska (Polşa) 0:1
Türkan Məmmədyarova (Azərbaycan) - Zala Urx (Sloveniya) 0:1 
Zeynəb Məmmədyarova (Azərbaycan) - Stavrula Tsolakidu (Yunanıstan) 0:1
Yuliya Qriqoryeva (Rusiya) - Xəyalə Abdulla (Azərbaycan) 1:0
Lia-Aleksandra Maria (Rumıniya) - Ayan Allahverdiyeva (Azərbaycan) 0:1
Anika Frovis (Avstriya) - Nəsrin Babayeva (Azərbaycan) 0:1


5-ci tur:
Günay Məmmədzadə (Azərbaycan) - İrina Bulmaqa
 (Rumıniya) 1:0
Xəyalə Abdulla (Azərbaycan) - Gülnar Məmmədova (Azərbaycan) 0:1

Ülviyyə Fətəliyeva (Azərbaycan) - Viktoriya Radeva (ECU) 0:1
Jovana Erik (Serbiya) - Xanım Balacayeva (Azərbaycan) 0:1

Leya Qarifulina (Rusiya) - Gövhər Beydullayeva (Azərbaycan) 0.5:0.5
Yekaterine Pavlidou (Yunanıstan) -Türkan Məmmədyarova (Azərbaycan) 0.5:0.5  
Andrea Kosman (Rumıniya) - Zeynəb Məmmədyarova (Azərbaycan) 0:1
Ayan Allahverdiyeva (Azərbaycan) - Aurelina Panku (Rumıniya) 0:1
Nəsrin Babayeva (Azərbaycan) - Denis Troppold (Avstriya) 
1:0

4-cü tur:
Günay Məmmədzadə (Azərbaycan) - 
Elina Danielyan (Ermənistan) 0.5:0.5
Gülnar Məmmədova (Azərbaycan) - Ülviyyə Fətəliyeva (Azərbaycan) 
0.5:0.5
Xanım Balacayeva (Azərbaycan) - Zala Urx (Sloveniya) 0.5:0.5

Gövhər Beydullayeva (Azərbaycan) - Kseniya Zelyantsova (Belarus) 1:0
Türkan Məmmədyarova (Azərbaycan) - Andrea Kosman (Rumıniya) 0.5:0.5
Jasmin Sloffer (Avstriya) - Xəyalə Abdulla (Azərbaycan) 0:1 
Zeynəb Məmmədyarova (Azərbaycan) - Stella Sankova (Slovakiya) 1:0
Mixaela Sandu (Rumıniya) - Ayan Allahverdiyeva (Azərbaycan) 1:0
Marina Qayçin (Serbiya) - Nəsrin Babayeva (Azərbaycan) 1:0 

3-cü tur:
Stavrula Tsolakidu (Yunanıstan) - Günay Məmmədzadə (Azərbaycan) 0:1
Nino Batsiaşvili (Gürcüstan) - Gülnar Məmmədova (Azərbaycan) 1:0
Elina Danielyan (Ermənistan) - Xanım Balacayeva (Azərbaycan) 1:0

Ayan Allahverdiyeva (Azərbaycan) - Viktoriya Çernyak (Rusiya) 0:1
Lela Javaxişvili (Gürcüstan) - Türkan Məmmədyarova (Azərbaycan) 1:0
Natalya Buksa (Ukrayna) - Gövhər Beydullayeva (Azərbaycan) 0.5:0.5
Frederika Nilssen (Danimarka) - Zeynəb Məmmədyarova (Azərbaycan) 1:0

Nəsrin Babayeva (Azərbaycan) - Tatyana Dornbuş (Monako) 0:1
Xəyalə Abdulla (Azərbaycan) - Monika Soçko (Polşa) 0:1
Ülviyyə Fətəliyeva (Azərbaycan) - Nurgül Səlimova (ECU)
 
0.5:0.5

2-ci tur:
Günay Məmmədzadə (Azərbaycan) - Monika Qalzeta Ruiz (İspaniya) 1:0
Gülnar Məmmədova (Azərbaycan) - Maritsa Tsirulnik (Ukrayna) 1:0
Xanım Balacayeva (Azərbaycan) -
Kseniya Zelyantsova (Belarus) 1:0
Elena Sedina (İtaliya) - Ayan Allahverdiyeva (Azərbaycan) 0:1
Türkan Məmmədyarova (Azərbaycan) - Mixael Trifoli (Rumıniya) 1:0
Gövhər Beydullayeva (Azərbaycan) - Olqa Badelka (Belarus) 0.5:0.5
Zeynəb Məmmədyarova (Azərbaycan) - Elina Danielyan (Ermənistan) 0:1
Yekaterine Pavlidou (Yunanıstan) - Nəsrin Babayeva (Azərbaycan) 0:1
Nia Doqvhani (Gürcüstan) - Xəyalə Abdulla (Azərbaycan) 0:1
Lilit Mkrtchyan (Ermənistan) - Ülviyyə Fətəliyeva (Azərbaycan)
 0.5:0.5

1-ci tur:
Mariya Qevorgyan (Ermənistan) - Günay Məmmədzadə (Azərbaycan) 0:1
Stella Sankova (Slovakiya) - Gülnar Məmmədova (Azərbaycan) 0:1
Ayan Allahverdiyeva (Azərbaycan) - Xanım Balacayeva (Azərbaycan) 0:1
Ronit Levitan (İsrail) - Türkan Məmmədyarova (Azərbaycan) 0.5:0.5
Petronella Parasçiv (Rumıniya) - Gövhər Beydullayeva (Azərbaycan) 0:1
Diana Mirza (İtaliya) - Zeynəb Məmmədyarova (Azərbaycan) 0:1
Nəsrin Babayeva (Azərbaycan) - Miruna Lehaçi (Rumıniya) 0:1
Xəyalə Abdulla (Azərbaycan) - Aureliana Pancu (Rumıniya) 0.5:0.5
Ülviyyə Fətəliyeva (Azərbaycan) - Stefani Matasaru (Rumıniya)
1:0скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss