SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Swiss 2021"-in yeri dəyişdirildi. Naydiç isə, hələ də "azərbaycanlıdı"

FIDE kişilər və qadınlar arasında keçiriləcək "Grand Swiss 2021"-in keçiriləcəyi məkanın dəyişdirilməsi ilə bağlı yekun qərar verdi.  

  Chess.az xəbər verir ki, ənənəvi olaraq Böyük Britaniyaya məxsus olan Men adasında keçirilən turnir, oradakı sanitar-epidimiolojı durumla əlaqədar olaraq Latviyanın paytaxtı Riqa şəhərinə keçirildi. 2022-ci ildə keçiriləcək "İddiaçılar turnirinə" həm kişilərdə, həmçinin qadınların yarışına iki vəsiqə verən "Grand Swiss 2021" şahmat yarışı, bu ilin oktybarın 25-dən, noyabrın 8-dək Riqada baş tutacaq. Bundan əlavə olaraq FİDE turnirlərdə ilştirak edəcək şahmatçıların ilkin siyahısını da açıqlayıb.
  11 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək turnirdə, kişilərdə 114, qadınlarda isə 50 şahmatçı mübarizə aparacaq. Onların arasında həmyerlilərimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Qədir Hüseynov, Rauf Məmmədov və qadınların yarışında Günay Məmmədzadə də yer alır. İştirakçılar siyahısından başqa, FİDE əvəzedici oyunçuların siyahısını da dərc edib. Beləliklə, hər hansı bir oyunçu yarışda iştirak etməkdən imtina edərsə, onu əvəz edəcək oyunçu məhz o siyahıdan olacaq. Əvəzedicilərin siyahısına gəlincə orada yalnız bir "azərbaycanlı" var. O da, Azərbaycana aidiyyatı olmayan, ancaq hələ də Azərbaycan bayrağı altında çıxış edən Arkadiy Naydiçdir. Daha bir fakt ondan ibarətdie ki, Arkadiy Naydiç 1985-ci ildə məhz Latviyanın paytaxtı Riqada anadan olmuşdur və uzun müddət Latviya bayrağı altında çıxış etmişdir.      скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss