SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour": Kim nə qədər qazandı? Siyahıda Məmmədyarov da var

Dünən Amerika Birləşmiş Ştatlarının şahmat paytaxtı hesab olunan Sent-Luis şəhərində, "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi başa çatdı. 

Chess.az xəbər verir ki, "Saint Louis Rapid and Blitz 2021" adlanan mərhələ ümumilikdə 9 Rapid və 18 Blitz turdan ibarət idi. 10 şahmatçının mübarizəyə qoşulduğu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edirdi. 27 Rapid və Blitz partiyaların sonunda, həmyerlimiz 17 xal toplayaraq yarışı altıncı pillədə bitirdi. Mərhələnin qalibi isə ABŞ şahmatçısı oldu. 24 xal toplayan meydan sahibi Hikaru Nakamura rəqibləri üçün əlçatmaz oldu və mərhələnin qalibi adını qazandı. İkinci yer də meydan sahibinə qismət olub. Fabiano Karunana 21 xalla turniri ikinci pillədə bitirdi. Üçüncü yeri sahibi isə, macar şahmatçı Rixard Rapport oldu. Nakamuranın qazandığı qələbə onu şəxsi büdcəsini də xeyli zənginləşdirdi. Belə ki, mərhələ yarışında qələbə Hikaru Nakamuraya 37 500 ABŞ dolları qazandırdı. İkinci olan Karuana 25 000, üçüncü pillənin sahibi Rapport 20 000, dördüncü yeri tutmuş Vesli So 15 000, beşinci pillənin sahibi vyetnamlı Liyem Quanq Li 12 500, altıncı və yeddinci yerləri bölüşmüş həmyerlimiz Şəhriyar Məmmədyarov və amerikalı Leyner Dominqez hərəsi 9 500, səkkizinci olmuş rusiyalı Petr Svidler 8 000, doqquzuncu pillənin sahibi Cefri Ksionq 7 000, sonuncu olmuş Sem Şenkland isə 6 000 ABŞ dolları məbləğində mükafatların sahibi olublar.  
 "Grand Chess Tour" şahmat seriyasının növbəti mərhələsi isə sabah start götürəcək. Eyni şəhərdə keçiriləcək beşinci mərhələ şahmatın klassik növü üzrə keçiriləcək və "Sinquefield Cup" adlanacaq. Yarışda ötən mərhələdə olduğu kimi yenə də on şahmatçı iştirak edəcək. Bu mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları təşkil edəcək.   
  
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss