SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour": Məmmədyarov Svidlerə qarşı (CANLI)

Dünən gecə saatlarında ABŞ-ın Sent-Lyuis şəhərində "Grand Chess Tour" şahmat seriyasının beşinci mərhələsinə start verildi.

CANLI

  Chess.az xəbər verir ki, "Sinquefield Cup" adlı mərhələ yarışında təmsilçimiz Şəhriyar Məmmədyarov ilk turda meydan sahibi Vesli So ilə üz-üzə gəldi. Bir birinə yaxşı tanış olan rəqiblərin dueli olduqca maraqlı alındı. Şəhriyarın 28-ci gedişdə buraxdığı taktiki səhvdən sonra (28....,d4), amerikalı üstünlüyə yiyələnsə də, sonda Məmmədyarov oyunu bərabərləşdirə bildi və 50-ci gedişdə tərəflər heç-heçəyə razılaşmalı oldular. 
  Digər oyunlarda Fabiano Karuana həmyerlisi Sem Şenklandı, Leyner Dominqez Dariuş Svirçi, Maskim Vaşye-Laqraf isə rusiyalı Petr Svidleri məğlub etdilər. Cefri Ksionqla Mixael Raport arasında oynanılan partiyada isə qalib müəyyənləşmədi.
  Bu gün "Sinquefield Cup"-da ikinci turun oyunları keçiriləcək. Şəhriyar Məmmədyarovun rəqibi ilk turda məğlub olan rusiyalı şahmatçı Petr Svidler olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
  Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının beşinci mərhələsində on şahmatçı iştirak edir. Bunlar həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa, ABŞ şahmatçıları Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Sem Şenkland, Cefri Ksionq və Dariuş Svirç, fransız Maksim Vaşye-Laqraf, rus Petr Svidler və macar Rixard Rapportdur.
  Yarış avqustun 28-dək davam edəcək, mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları təşkil edir.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss