SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour": Məmmədyarovdan ardıcıl ikinci bərabərlik (CANLI)

Dünən gecə ABŞ-ın Sent-Lyuis şəhərində "Sinquefield Cup" şahmat turnirinin ikinci turu keçirildi.

CANLI

  Chess.az xəbər verir ki, "Sinquefield Cup" adlı mərhələ yarışında təmsilçimiz Şəhriyar Məmmədyarov ilk turda meydan sahibi Vesli So ilə heç-heçədən sonra, ikinci turda da bərabərə qaldı. Şah bu dəfə rusiyalı Petr Svidlerlə heç-heçə oynayıb. Turun digər qarşılaşmalarına gəlincə, ötən tur Şəhriyarla bərabərə qalan Vesli So həmyerlisi Dariuş Svirçi məğlub etdi. Turun digər matçları isə bərabərliklə nəticələndi. 
  Bu gün "Sinquefield Cup"-da üçüncü tur oynanılacaq. Şəhriyar Məmmədyarovun bugünki macar Mixael Rapport olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
  Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının beşinci mərhələsində on şahmatçı iştirak edir. Bunlar həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa, ABŞ şahmatçıları Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Sem Şenkland, Cefri Ksionq və Dariuş Svirç, fransız Maksim Vaşye-Laqraf, rus Petr Svidler və macar Rixard Rapportdur
  Yarış avqustun 28-dək davam edəcək, mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları təşkil edir.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss