SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour": Şəhriyar liderlərdən geri qalır

Bu gün ABŞ-ın Sent-Lyuis şəhərində davam edən "Sinquefield Cup" şahmat turnirində istirahət günüdür.

  Chess.az xəbər verir ki, mərhələ yarışında ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov,  keçirlmiş beş turdan sonra, aktivində 2.5 xalla 5-7-ci yerləri bölüşür. Turnir cədvəlinə isə, ativlərində 3.5 xalları olan fransız Maksim Vaşye-Laqraf və amerikalılar Leyner Dominqeslə Vesli So başçılıq edirlər. 
  Sabah davam edəcək yarışda Məmmədyarovun rəqibi ABŞ şahmatçısı Dariuş Svirç olacaq. Qarşılaşma avqustun 23-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
  Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının beşinci mərhələsində on şahmatçı iştirak edir. Bunlar həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa, ABŞ şahmatçıları Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Sem Şenkland, Cefri Ksionq və Dariuş Svirç, fransız Maksim Vaşye-Laqraf, rus Petr Svidler və macar Rixard Rapportdur
  Yarış avqustun 28-dək davam edəcək, mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları təşkil edir.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss