SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

VENYUN-LAQNO

Karlsen-Karuana matçının kölgəsində qalan Qadınlar arasında Dünya Çempionatında bu gün final oyunları başlayır. Rusiyada keçirilən birinciliyin finalında çinli Yu Venyun və ukrayna əsilli rusiyalı şahmatçı Yekaterina Laqno qarşı qarşıya gələcəklər. Finalın ümumi mükafat fondu 100 000 ABŞ dollar təşkil edir. Çempion olan şahmatçı 60 min,məğlub olan isə 40 min dollar məbləğində mükafat alacaqlar.
İlk öncə qeyd etmək istərdim ki, rəqiblər birbirinə layiq rəqiblərdir. Dünya reytinq sıralamasında da qonşu olan rəqiblər (Venyun 2-ci(2568),Laqno 4-cü (2556)) çempionat boyu çox məzmunlu oyun nümayiş etdiriblər.  
Hər iki şahmatçı finala qədər çox rahat gəliblər.Düzdür, Laqno yarımfinalda ukraynalı Mariya Muzıçyukla problemlə  qarşılaşa bilərdi .Lakin,Muzıçyuk 1\4 finalda Qazaxstan şahmatının gənc istedadı olan Jansaya Əbdülmaliklə çox gərgin, 8 oyunluq qarşıdurmadan sonra yarımfinala gücü qalmamışdır. Qeyd edək ki, gənc Jansaya Əbülmalik 1\4 finalda dünya üçüncüsü olan Muzıçyuku 2 dəfə qaralarla məğlub etməyə bacarmışdır. 
Beləliklə Final ! Yu Venyun Yekaterina Laqnoya qarşı. Təbii ki bu çütün favoriti hazırki Dünya Çempionu olan Yu Venyundur. Amma unutmayaq ki,Laqno da hazırda əla formadadır və finalda sürpriz etmək gücündə olan şahmatçıdı. Çempionatın Rusiyada keçirilməsi də Laqnonun xeyrinə olan amillərdəndir.
Yu Venyun isə əlavə təqdimata ehtiyacı yoxdur. Uzun illərdir ki , qadın şahmat elitasının ilk sıralararında qərarlaşıb və hazırda Dünya Çempionu adını məhz Venyun daşıyır.
Bircə onu qeyd etmək kifayətdir ki, Çinin qadınlardan ibarət yığma komandası son Olimpiadada məhz Yunun sayəsində qələbə qazanmışdır. Yu 1-ci masada ən yaxşı nəticə götərməklə həm də şəxsi hesabda Olimpiadada birinci olmuşdur. Və bu nəticə sössüz ki yığmanın çıxışına da təsir göstərmişdir.
Qeyd etdiyim kimi,Laqno finala qədər çox rahat gəldi. Lakin finaldakı rəqib çox güclüdür.Şahmatçılar finalda 4 oyun oynayacalar. Əgər qalib müəyyənləşməsə finalda Tay-brek keçiriləcək.
Bir neçə gündən sonra qadınların dünya çemionun adını biləcəyik ! 



скачать dle 12.1