SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour" : Şəhriyar Svirçə qarşı (CANLI)

Bu gün ABŞ-ın Sent-Lyuis şəhərində "Grand Chess Tour" şahmat seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup"-ın növbəti turun oyunları davam edəcək.

CANLI

  Chess.az xəbər verir ki, mərhələ yarışında ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov, bu gün meydan sahibi və turnirin autsayderi olan Dariuş Svirçlə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 
   Qeyd edək ki, keçirlmiş beş turdan sonra, Şəhriyar Məmmədyarov aktivində 2.5 xalla turnir cədvəlinin 5-7-ci yerləri bölüşdürür. Turnir cədvəlinə liderliyi isə, ativlərində 3.5 xalları olan fransız Maksim Vaşye-Laqraf və amerikalılar Leyner Dominqeslə Vesli So edirlər. 
  Xatırladaq ki, "Grand Chess Tour" şahmat seriyasının beşinci mərhələsində on şahmatçı iştirak edir. Bunlar həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa, ABŞ şahmatçıları Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Sem Şenkland, Cefri Ksionq və Dariuş Svirç, fransız Maksim Vaşye-Laqraf, rus Petr Svidler və macar Rixard Rapportdur
  Yarış avqustun 28-dək davam edəcək, mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları təşkil edir.   скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss