SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour" : Maksimi "amerikalılar qrupu" izləyir (CANLI)

Dünən gecə saatlarda ABŞ-ın Sent-Lyuis şəhərində davam edən "Sinquefield Cup" şahmat turnirinin yeddinci turu keçirildi.

CANLI

  Təəsüf ki, hesabat turunda yarışdakı yeganə təmsilçimiz olan Şəhriyar Məmmədyarov turnirdəki ikinci məğlubiyyəti ilə üzləşdi. Şah ağ fiqurlarla dünyanın iki nömrəsi olan amerikalı Fabiano Karuanaya məğlub oldu. Debütdən üstün çıxa bilməyən Məmmədyarov, 27-ci gedişdə səhvə yol verərək (27.Vb1...) üstünlüyü amerikalıya verdi. Bu üstünlüyü sonrakı gedişlərdə daha da möhkəmləndirən Fabi, 38-ci gedişdə Məmmədyarovu təslim olmağa məcbur etdi. 
  Turun digər qarşılaşmalarında rusiyalı Petr Svidleri ABŞ təmsilçisi Dariuş Svirçi, fransız Maksim Vaşye-Laqraf isə, başqa bir amerikalı Cefri Ksionqu məğlub etdi. Rapport-Dominqes So-Şenkland qarşılaşmaları isə bərabərliklə nəticələndi. Keçirlmiş yeddi turdan sonra, turnir cədvəlinə aktivində 5 xalı olan fransız Maksim Vaşye-Laqraf başçılıq edir. Onu 4.5 xalları olan Fabiano Karuana, Vesli So  Leyner Dominqesdən ibarət "amerikalılar qrupu" izləyir. Həmyerlimiz Şəhriyar Məmmədyarov isə, yeddi turdan sonra 3 xalla yeddincidir.  
  Bu gün davam edəcək yarışda Məmmədyarov ABŞ şahmatçısı Cefrri Ksionqla üz-üzə gələcək.Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
  Qeyd edək ki, "Grand Chess Tour" şahmat seriyasının beşinci mərhələsində on şahmatçı iştirak edir. Bunlar həmyerlimiz Şəhriyar Məmmədyarovdan başqa, ABŞ şahmatçıları Fabiano Karuana, Vesli So, Leyner Dominqez Perez, Sem Şenkland, Cefri Ksionq və Dariuş Svirç, fransız Maksim Vaşye-Laqraf, rus Petr Svidler və macar Rixard RapportdurYarış avqustun 28-dək davam edəcək, mərhələnin ümumi mükafat fondu isə 325 000 ABŞ dolları təşkil edir.   

  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss