SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Vesli So seriyanın qalibi oldu. Şəhriyar isə üçüncü ola bilə

ABŞ-nın Sent-Lyuis şəhərində davam edən "Sinquefield Cup" hələ tam başa çatmasa da, artıq "Grand Chess Tour" seriyasının ümumi qalibinin adı məlumdur.

Chess.az xəbər verir ki, dünən fransız Maksim Vaşye-Laqrafla bərabərə qalan amerikalı Vesli So, bu gün keçiriləcək mərhələ yarışının son turunun nəticələrindən asılı olmayaraq "Grand Chess Tour" seriyasının qalibi oldu. Seriyanın beşinci mərhələsində artıq dördüncü yerdən aşağı düşməyəcəyi dəqiqləşən Vesli So, vaxtından əvvəl seriyanın ümumi hesabda özünə birinci pilləni qaranti etdi. 
Xatırladaq ki, So "Romania Superbet Classic""Saint Louis Rapid and Blitz" turnirlərində üçüncü olmuş, Paris mərhələsinin isə qalibi olmuşdur. Məhz bu stabil oyun amerikalılaya ümumi hesabda birinci olmağa kömək etdi. 
Bu arada seriyada ikinci yeri özünə qaranti edən şahmatçının da adı artıq məlumdur. Bu beşinci mərhələnin hazırki lideri olan fransız Maksim Vaşye-Laqrafdır. Üçüncülük uğrunda mübarizə isə həmyerlimiz Şəhriyar Məmmədyarovla ameriakalı Fabiano Karuana arasında gedəcək. "Sinquefield Cup"-ın bu gün keçiriləcək son turundan sonra kimin üçüncü yer tutacağı bəlli olacaq. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss