SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Avropa Çempionatı 2021: Təmsilçilərimiz ilk turu məğlubiyyətsiz başa vurdular (CANLI)

Dünən İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatı start götürdü. 

   Chess.az xəbər verir ki, qitə birinciliyinin ilk turu həmyerlilərimiz üçün kifayyət qədər uğurlu alındı. Mübarizəyə qatılan altı şahmatçımızdan dördü ilk turu qələbə ilə başa vurdu. Nicat Abbasov, Rauf Məmmədov, Vasif Durarbəyli Aydın Süleymanlı ilk oyunlarını qələbə ilə başa vurdular. Nicat MəmmədovRead Səmədov isə ilk turu yarım xalla bitirməli oldular.

Xüsusilə gənc təmsilçimiz Read Səmədovun çıxışını qeyd etmək yerinə düşərdi. Read Xorvatiyanın ən güclü şahmatçısı olan qrossmeyster İvan Sariçə qarşı qara fiqurlarla möhtəşəm oyun sərgiləməyə bacardı. Read partiya boyu üstün oyun sərgiləsə də, sonda xorvat şahmatçısı təcrübəsinin hesabına partiyanı heç-heçəyə apara bildi.  
Bu gün Bakı vaxtı ilə saat 19:00-da Avropa Çempionatının ikinci turu keçiriləcək.

2-ci tur:
Jorje Fereyra (Portuqaliya) - Nicat Abbasov (Azərbaycan)
Rauf Məmmədov (Azərbaycan) - Martin Petrov (ECU)
Read Səmədov (Azərbaycan) - Konstantin Lupulesku (Rumıniya)
Luka Budesavleviç (Serbiya) - Vasif Durarbəyli (Azərbaycan)
Nicat Məmmədov (Azərbaycan) - Eli Milikov (İsrail)
Kevein Cons (İngiltərə) - Aydın Süleymanlı (Azərbaycan)


1-ci tur:
Nicat Abbasov (Azərbaycan) - Vignir Vatnar Stefansson (İslandiya) 1:0
Tarun Kanyamarala (İrlandiya) - Rauf Məmmədov (Azərbaycan) 0:1
İvan Sariç (Xorvatiya) - Read Səmədov (Azərbaycan)  0.5:0.5
Vasif Durarbəyli (Azərbaycan) - Torstein Torsteinsson (İslandiya) 1:0
Dimitrios Pappelis (Yunanıstan) - Nicat Məmmədov (Azərbaycan) 0.5:0.5
Tomas Nilsen (Danimarka) - Aydın Süleymanlı (Azərbaycan)
0:1
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss