SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Seyhun Azadəliyev: "Hakim ermənidir! Bunu hər kəs bilsin"

Xəbər verdiyimiz kimi şahmatın Rapid növü üzrə keçirilən Onlayn Dünya kubokundakı təmsilçimiz Cahandar Azadəliyev hakim və təşkilatçıların özbaşınalığı ilə üzləşdi. 
  Belə ki, dünya kubokun təşkilatçıları 1/8 final mərhələsində qarşılaşdığı Polşa təmsilçisi Kamil Varçoldan aşkar üstün olan Cahandarı "çiterlikdə" şübhəli biliblər və oyununu yarımçıq dayandıraraq qələbəni rəqibinə vermək haqqında əsassız qərar qəbul etdilər. Cahandarın atası, Seyhun Azadəliyev sosial şəbəkələr vasitəsilə məsələni ictimailəşdirərək şahmatçılar və şahmat adamlarından bu məsələdə ona dəstək olmağa çağırdı :"Mən bir valideyn kimi bütün şahmat mütəxəssislərinə səslənirəm. Əlində heç bir əsası olmayan Beynəlxalq şahmat federasiyası, oğlumu həddindən artıq güclü gedişlər etməsi səbəbi ilə, dünya kubokundan kənarlaşdırdı. Artıq 5 saat keçməsinə baxmayaraq heç bir reaksiya və sübut yoxdu. Bununla bağlı hara və necə müraciət edə biləcəyimi bilmirəm və məsləhət verən də yoxdu. Hörmətli milli yığmanın üzvləri, başda Şəhriyar Məmmədyarov olmaqla mənə bu vəziyyətdə dəstək olmağınızı xahiş edirəm. FİDE-dən rəsmi məlumat o oldu ki, -əlimizdə heç bir sübut yoxdu, güya kimsə nəsə çəkib, fakt odur ki, oğluma qarşı haqsızlıq olunub. Hakim ermənidir! Bunu hər kəs bilsin. Heç bir sübut yoxdur amma erməni hakimin qarşısinda aciz qalmışam mən! Dünya miqyasında bir insidentdə şahmat dünyası susa bilməz!" 
Qeyd edək ki, hakimlər bunu sübuta yetirilməsi üçün bir qədər vaxt istdiklərinin bildirdilər, amma hələ ki, Cahandırın hər hansı bir proqram və ya başqa bir vasitənin köməyindən istifadə etməsinin bir dəlilini gətirə bilmədilər. Məsələyə hələ də açıq qalır və yaxın saatlarda cütün taleyi ilə bağlı qərar veriləcək. HƏMİN OYUN скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss