SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Ümumi hesabda üçüncü olan Şəhriyar 127 000, Teymur isə 28 500 dollar qazandılar

Dünən ABŞ-nın Sent-Lyuis şəhərində "Grand Chess Tour" şahmat seriyasının son turniri olan "Sinquefield Cup" başa çatdı.

Chess.az xəbər verir ki, fransız Maksim Vaşye-Laqrafın qələbəsi ilə başa çatan mərhələ yarışının sonunda ümumi hesaba da, şahmatçıların seriyada qazandığı məbləğlərə də aydınlıq gəldi.
Ameriakalı şahmatçı Vesli So və fransız Makim Vaşy-Laqraf özlərinə hələ son tur öncəsi ümumi hesabda müvafiq olaraq birinci və ikinci yerləri təmin etmişdirlər. Dünən fransızla bərabərə qalan həmerlimiz Şəhriyar Məmmədyarov isə, ümumi hesabdakı üçüncü pilləni qoruya bildi və sonda seriyanın üçüncüsü olmağa bacardı. Bu nailiyyət həmçinin Şəhriyar Məmmədyarova 127 000 ABŞ dollarını qazandırdı. Şahdan daha çox seriyada ancaq SoMaksim qazandılar. Özü də maraqlısı odur ki, ikinci olan fransız amerikalıdan dah böyük mükafata sahib oldu. Vesli So şəxsi büdcəsinə 142 500 dollar əlavə etdiyi halda, Maskim Vaşye-Laqrafın seriyadan qazancı 156 250 ABŞ dolları oldu. Seriyada ən az qazanan isə daha bir təmsilçimiz, Teymur Rəcəbov oldu. Cəmi iki mərhələdə iştirak etmiş Teymur, "GCT 2021"-in ümumi hesabında sonuncu pilləni tutmaqla cəmi 28 500 dolların sahibi oldu.  


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss