SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Chess.az saytına ən çox hansı suallar ünvanlanır? (STATİSTİKA)

Chess.az saytı olaraq sizə maraqlı bir statistika təqdim etmək istəyirik.

 Üç ildən artıqdır ki, saytımızda qeyd edilən mobil nömrəyə oxuculardan müxtəif növ suallarla bağlı zənglər daxil olur. Bu ildən başlayaraq, biz gələn zənglərin statiskasının aparılmasına qərar vermişdik və səkkiz ayın nəticələrinə görə ortaya maraqlı rəqəmlər çıxıb.  

  Belə ki, cari ilin səkkiz ayında Chess.az saytına oxuculardan 208 zəng daxil olmuşdur. Zənglərin böyük əksəriyyəti valideynlərin uşaqlarının hansı şahmat məktəbinə və ya hansı müəllimin yanına yazdırmaqla bağlı məsləhət almaq xarakterli olmuşdur. Bu tipli sualla bizə 81 nəfər müraciət etmişdir. Populyarlığa görə ikinci ən çox verilən sual yarışlarla olub. Mən necə yarışlara qatıla bilərəm və yarışlar harada və nə zaman keçirldiyin öyrənmək istəyən oxucuların sayı 62 nəfər olub. Ən çox verilən sualların içərsində üçüncü yeri isə, "Federasiya harada yerləşir, FİDE İD-si necə alınır və federasiyanın telefon nömrəsi neçədir?" tipli suallar oldu. Federasiya ilə bağlı suallarla bizə 31 nəfər müraciət edib. Digər suallar jurnalistlərdən bəzi məlumatların dəqiqləşdirilməsi, işlə və reklamla bağlı olub. Onu da qeyd edək ki, oxucularımızı maralndırılan suallar tərəfimizdən cavablandırlıb və həll olunmalı olan məsələlər həll olunub.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss