SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Avropa Çempionatı 2021: Rauf və Nicatın son tur öncəsi medal şansı davam edir (CANLI)

Bu gün İslandiyanın paytaxtı Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatacaq.

CANLI 

   Chess.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq son turun qarşılaşmalarından sonra, qitə birinciliyinin mükafatçılarının adları məlum olacaq. Avropa çempionatına qatılan altı şahmatçımızdan yalnız ikisinin son tur öncəsi medal şansı qalıb. Bunlar Rauf və Nicat Məmmədovlardır. Hər iki şahmatçının hal-hazırda aktivində 7 xalı var və onlar liderdən bir xal geri qalaraq turnir cədvəlinin 6-15-ci yerləri bölüşürlər. Qeyd edək ki, qitə birinciliyinə aktivində 8 xalı olan rusiyalı Anton Demçenko başçılıq edir.

 Digər təmsilçilərimizə gəlincə, Aydın Süleymanlı 6 xalla 34-53-cü yerləri bölüşür, Nicat Abbasov  Read Səmədov isə 5.5 xalla 54-72-ci yerləri bölüşürlər. Avropa çempionatına qatılan altıncı təmsilçimiz, son Azərbaycan çempionu Vasif Durarbəyli isə, xəbər verdiyimiz kimi COVİD-19-a yoluxduğundan qitə birinciliyində mübarizəni erkən dayandırmışdır. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss