SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FİDE Onlayn Olimpiada 2021": Yığmamız beşinci pillədə qərarlaşıb (CANLI)

Bu gün ikinci onlayn Dünya Şahmat Olimpiadasının "Top divizionunun" yarşlarında ikinci oyun günü keçiriləcək.



Chess.az xəbər verir ki, güclülərin divizonunun "B" qrupunda mübarizə aparan yığma komandamız ilk oyun günündən 3 xalla beşinci pillədə qərarlaşıb. Dünən yığmamız İsveç yığmasını 5.5:0.5 hesabı ilə məğlub etdikdən sonra, Çinin ikinci komandası ilə bərabərə qaldı 3:3. Günün son qarşılaşmasında isə, millimiz Macarıstan yığmasına 2:4 hesabı ilə məğlub oldu. 

Beləliklə ilk üç turdan sonra, qrupa aktivində 6 xalı olan Macarıstan yığması başçılıq edir. Hindistan komandası beş xalla ikinci, aktivlərində 4 xalları olan Fransa Moldova yığmaları isə 3-4-cü pillələri bölüşürlər. Bu gün Olimpiadanın daha üç turu keçiriləcək. Yığmamızın bugünki rəqibləri Belarus, HindistanMoldova yığmaları olacaq. 
Xatırladaq ki, komandamız olimpiadada bu heyətlə çıxış edir: Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli Xanım Balacayeva

Ehtiyat oyunçular.Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı Gövhər Beydullayeva.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss