Bu gün ikinci onlayn Dünya Şahmat Olimpiadasının 1/4 final mərhələsinə yekun vuruldu.
Chess.az xəbər verir ki, bu gün keçirilən oyunlarda sürpriz qeydə alınmadı. Cütlərin aşkar favoritləri qələbə qazanaraq yarımfinala vəsiqə qazandılar. Çin yığması Polşanı, Hindistan Ukraynanı, ABŞ Qazaxıstanı, Rusiya isə Macarıstan yığmasını üstələyərək adlarını yarımfinala yazdırdılar. Beləliklə yarımfinalda Hindistan ABŞ-la, Russiya yığması isə Çinlə üz-üzə gələcək.
Qeyd edək ki, Olimpiadanın "Top Divizoununda" mübarizə aparan şahmat üzrə yığma komandamız qrupdan çıxa bilməyərək mübarizəni dayandırmışdır.
13-09-2021, 21:55